Tarix:28/04/14
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, banklar mütəmadi olaraq proqram təminatlarını yeniləyirlər və "Microsoft"un bu sektorda daimi müştəri bazası formalaşmağa başlayıb.
"Biz hazırda banklara İT audit və konsaltinq xidmətləri göstəririk. Bu xidmət vasitəsi ilə müştərilər onlar üçün daha münasib və səmərəli proqram təminatlarını seçirlər. Elə banklar var ki, biz onlara mövcud olan İT bazanı təkmilləşdirməyə kömək edirik. Ölkədə piratçılıqla mübarizə siyasəti çərçivəsində Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini öz üzərinə götürüb. Bu, çox vacibdir, çünki bu banklar vahid tranzaksiyalarda iştirak edirlər, onların kommersiya sirlərinin məxfiliyi təmin edilməlidir. Mərkəzi bankın tələblərinə əsasən vahid kommunikasiyalardan istifadə edən kommersiya bankları öz sistemlərini beynəlxalq standartlara uyğun şəkildə qurmalıdırlar, bu beynəlxalq standartlar isə mütləq şəkildə lisenziyalı proqram təminatının istifadəsini nəzərdə tutur",- deyə o qeyd edib.
R. Hacıəlibəyovun sözlərinə əsasən, banklar ciddi təşkilatlardılar və lisenziyasız proqram təminatının istifadə edilməsi onların imicinə ziyan vura bilər, çünki artıq ölkədə lisenziyasız proqram təminatının istifadəsi cinayətə bərabərləşdirilir.
Aynur Vəliyeva
Azərbaycan bankları daha pirat proqramlardan istifadə etməyəcəklər
"Microsoft-Azərbaycan" şirkəti lisenziyalı proqram təminatının tətbiqi sahəsində yerli maliyyə sektoru ilə əməkdaşlığını genişləndirir.Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, banklar mütəmadi olaraq proqram təminatlarını yeniləyirlər və "Microsoft"un bu sektorda daimi müştəri bazası formalaşmağa başlayıb.
"Biz hazırda banklara İT audit və konsaltinq xidmətləri göstəririk. Bu xidmət vasitəsi ilə müştərilər onlar üçün daha münasib və səmərəli proqram təminatlarını seçirlər. Elə banklar var ki, biz onlara mövcud olan İT bazanı təkmilləşdirməyə kömək edirik. Ölkədə piratçılıqla mübarizə siyasəti çərçivəsində Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini öz üzərinə götürüb. Bu, çox vacibdir, çünki bu banklar vahid tranzaksiyalarda iştirak edirlər, onların kommersiya sirlərinin məxfiliyi təmin edilməlidir. Mərkəzi bankın tələblərinə əsasən vahid kommunikasiyalardan istifadə edən kommersiya bankları öz sistemlərini beynəlxalq standartlara uyğun şəkildə qurmalıdırlar, bu beynəlxalq standartlar isə mütləq şəkildə lisenziyalı proqram təminatının istifadəsini nəzərdə tutur",- deyə o qeyd edib.
R. Hacıəlibəyovun sözlərinə əsasən, banklar ciddi təşkilatlardılar və lisenziyasız proqram təminatının istifadə edilməsi onların imicinə ziyan vura bilər, çünki artıq ölkədə lisenziyasız proqram təminatının istifadəsi cinayətə bərabərləşdirilir.
Aynur Vəliyeva
Baxış sayı: 977
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)