Tarix:28/04/14
Agentliyin rəhbəri Kamran İmanovun sözlərinə əsasən, Azərbaycanda pirat proqram təminatının istifadə səviyyəsi MDB ölkələri ilə müqayisədə təkcə Rusiyadakından çoxdur.
“Bütün seqmentlər üzrə piratçılığın səviyyəsinin azalmasına baxmayaraq, bu sahədə proses ləng gedir. Bu, onunla bağlıdır ki, bir çox təşkilatlar qeyri-leqal proqram təminatı ilə təchiz edilmiş kompüterlər alırlar, bu da birmənalı şəkildə onların informasiya sistemlərinin təhlükəsizliyinə ziyan vurur. Bununla yanaşı, belə halda təşkilatlar proqram təminatı üzrə vergi ödənişlərindən yayınırlar, bununla ölkə büdcəsinə də ziyan vurulur. 2012-ci ilin sonuna olan məlumata əsasən, ölkəyə bu şəkildə 900 min kompüter gətirilib, bu da o deməkdir ki, hazırda ölkədə istifadə edilən 10 kompüterdən 1,5-i lisenziyalı kompüterdən istifadə edir. Bunu nəzərə alaraq biz xüsusi tədbirlər planı hazırlamışıq. Tədbirlər planına əsasən, ölkədə piratçılıqla mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur”,- deyə o bildirib.
K. İmanovun sözlərinə əsasən, insanlar ilk növbədə anlamalıdırlar ki, lisenziyasız proqram təminatı istifadə edərək onlar özlərini təhlükəyə atırlar.
Aynur Vəliyeva
Azərbaycanda bir çox təşkilat lisenziyasız proqram istifadə etməklə vergidən yayınır
Azərbaycan Müəllif Hüquqları Agentliyi pirat proqram təminatının istifadəsinin qarşısını almaq məqsədi ilə qanunvericilikdə yeni dəyişikliklərin edilməsini təklif edir.Agentliyin rəhbəri Kamran İmanovun sözlərinə əsasən, Azərbaycanda pirat proqram təminatının istifadə səviyyəsi MDB ölkələri ilə müqayisədə təkcə Rusiyadakından çoxdur.
“Bütün seqmentlər üzrə piratçılığın səviyyəsinin azalmasına baxmayaraq, bu sahədə proses ləng gedir. Bu, onunla bağlıdır ki, bir çox təşkilatlar qeyri-leqal proqram təminatı ilə təchiz edilmiş kompüterlər alırlar, bu da birmənalı şəkildə onların informasiya sistemlərinin təhlükəsizliyinə ziyan vurur. Bununla yanaşı, belə halda təşkilatlar proqram təminatı üzrə vergi ödənişlərindən yayınırlar, bununla ölkə büdcəsinə də ziyan vurulur. 2012-ci ilin sonuna olan məlumata əsasən, ölkəyə bu şəkildə 900 min kompüter gətirilib, bu da o deməkdir ki, hazırda ölkədə istifadə edilən 10 kompüterdən 1,5-i lisenziyalı kompüterdən istifadə edir. Bunu nəzərə alaraq biz xüsusi tədbirlər planı hazırlamışıq. Tədbirlər planına əsasən, ölkədə piratçılıqla mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur”,- deyə o bildirib.
K. İmanovun sözlərinə əsasən, insanlar ilk növbədə anlamalıdırlar ki, lisenziyasız proqram təminatı istifadə edərək onlar özlərini təhlükəyə atırlar.
Aynur Vəliyeva
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)