Tarix:28/04/14
“Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun sözlərinə əsasən, yaxın bir ay ərzində bu məsələnin həll olunacağı gözlənilir.
“Ölkə başçısının “Microsoft” şirkətinin başçısı ilə keçirdiyi görüş nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət qurumlarına tələb olunan lisenziyalı proqram təminatının həcmi və ümumi dəyəri haqda məlumat təqdim etmək tapşırılıb. Bildiyimə görə, dövlət strukturlarının istifadə etdikləri proqram təminatlarının təchizatçısını müəyyən etmək üçün tenderin elan edilməsi nəzərdə tutulub ki, ən səmərəli qiymətlə keyfiyyətli lisenziyalı məhsullar seçmək imkanı olsun”,- deyə o bildirib.
R. Hacıəlibəyovun sözlərinə əsasən, ola bilsin ki, tender şərtləri daha böyük proqram təminatı paketinin alınmasını tələb etsin və lisenziyaların sayı dəyişsin.
“Məncə, bu ilin birinci yarımilliyinin sonuna kimi bu məsələ həll olunmalıdır. Dövlət qurumları ilə “Enterprise Agreement” müqaviləsi imzalanacaq bu lisenziyalaşdırma növünün xüsusiyyəti ondan ibarətdir ki, müqavilə birbaşa “Microsoft” korporasiyası ilə bağlanır və ümumi sahibolma qiymətinin aşağı salınması hesabına müştərinin vəsaitlərinə nəzərəçarpan dərəcədə qənaət etməyə imkan verir. Bundan başqa, möhlətli ödənişi nəzərdə tutur və istifadəçilərin tədris və texniki dəstəyinə istiqamətlənən xərclərinin xeyli azalmasına səbəb olur. Bununla yanaşı, dövlət qulluqçularına “Microsoft” şirkəti bu müqavilə çərçivəsində fərdi kompüterlərində tətbiq edə biləcəkləri lisenziyalı proqram təminatı təqdim edilir. Beləliklə, bu layihə çərçivəsində şərti olaraq 30 min lisenziyalı proqram təminatı təqdim edildiyi halda, əmin olmaq olar ki, ölkədə artıq 60 min kompüter lisenziyalı proqram təminatı ilə təmin ediləcək, bu da piratçılıqla mübarizədə böyük addımdır”,- deyə R. Hacıəlibəyov qeyd edib.
Aynur Vəliyeva
Azərbaycanda yaxın zamanda dövlət qurumlarının proqram təminatının lisenziyalaşdırılması məqsədi ilə tender elan edilə bilər
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti ilə 30 min lisenziyanın alınmasını nəzərdə tutan müqavilə bağlaya bilər.“Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun sözlərinə əsasən, yaxın bir ay ərzində bu məsələnin həll olunacağı gözlənilir.
“Ölkə başçısının “Microsoft” şirkətinin başçısı ilə keçirdiyi görüş nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət qurumlarına tələb olunan lisenziyalı proqram təminatının həcmi və ümumi dəyəri haqda məlumat təqdim etmək tapşırılıb. Bildiyimə görə, dövlət strukturlarının istifadə etdikləri proqram təminatlarının təchizatçısını müəyyən etmək üçün tenderin elan edilməsi nəzərdə tutulub ki, ən səmərəli qiymətlə keyfiyyətli lisenziyalı məhsullar seçmək imkanı olsun”,- deyə o bildirib.
R. Hacıəlibəyovun sözlərinə əsasən, ola bilsin ki, tender şərtləri daha böyük proqram təminatı paketinin alınmasını tələb etsin və lisenziyaların sayı dəyişsin.
“Məncə, bu ilin birinci yarımilliyinin sonuna kimi bu məsələ həll olunmalıdır. Dövlət qurumları ilə “Enterprise Agreement” müqaviləsi imzalanacaq bu lisenziyalaşdırma növünün xüsusiyyəti ondan ibarətdir ki, müqavilə birbaşa “Microsoft” korporasiyası ilə bağlanır və ümumi sahibolma qiymətinin aşağı salınması hesabına müştərinin vəsaitlərinə nəzərəçarpan dərəcədə qənaət etməyə imkan verir. Bundan başqa, möhlətli ödənişi nəzərdə tutur və istifadəçilərin tədris və texniki dəstəyinə istiqamətlənən xərclərinin xeyli azalmasına səbəb olur. Bununla yanaşı, dövlət qulluqçularına “Microsoft” şirkəti bu müqavilə çərçivəsində fərdi kompüterlərində tətbiq edə biləcəkləri lisenziyalı proqram təminatı təqdim edilir. Beləliklə, bu layihə çərçivəsində şərti olaraq 30 min lisenziyalı proqram təminatı təqdim edildiyi halda, əmin olmaq olar ki, ölkədə artıq 60 min kompüter lisenziyalı proqram təminatı ilə təmin ediləcək, bu da piratçılıqla mübarizədə böyük addımdır”,- deyə R. Hacıəlibəyov qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 1007
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)