12px13px15px17px
Tarix:30/04/14

Son 25 ilin ən görkəmli insanları reytinqində İT sənayesinin flaqmanları liderlik edir

Məşhur "CNBC" telekanalı tərəfindən son 25 ilib ən görkəmli şəxslərinin reytinqi tərtib edilib.
 
"CNBC" rəsmiləri 1989-cu ildən etibarən biznes və maliyyə sahələrinə təsir göstərmiş dünya biznesinin 30 nümayəndəsini reytinqə daxil edib.

Siyahıda yer almış 18 nəfər informasiya texnologiyaları (İT) və telekommunikasiya sahəsindəki mütərəqqi fəaliyyəti ilə seçilir.
 
"Apple" şirkətinin həmtəsisçisi və keçmiş rəhbəri Stiv Cobs reytinqdə liderlik edir. Müəlliflər qeyd edirlər ki, Cobs kompüterlərdən istifadə təcrübəsini yaradaraq insanların həyat tərzini dəyişdirib.

Eyni zamanda, onlar "Microsoft"un qurucusu Bill Qeytsin insanların iş üsullarında inqilab yaratması qənaətindədirlər. Qeyd edək ki, Bill Qeyts reytinqdə ikinci yerdə qərarlaşıb.

Reytinqdə dördüncü yerdə "Google" axtarış xidmətinin yaradıcıları Larri Peyc, Serqey Brin və Erik Şmidt bərqərar olub. Peycin sözlərinə görə, axtarış proseduru insan həyatında dişlərin təmizlənməsi kimi mühüm əhəmiyyətə malikdir.
 
Dünyanın ən böyük internet mağazası – "Amazon.com"un direktoru Ceff Bezos reytinqin  beşinci pilləsində özünə yer edib.
 
"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq səkkizinci olub.
 
Top onluğu "Oracle" şirkətinin direktoru və həmtəsisçisi Larri Ellison tamamlayır. O, biznes üçün dünyada proqram təminatının hazırlanması üzrə böyük şirkət təsis edib.
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 1204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 May 2024

01 05 2024