12px13px15px17px
Tarix:01/05/14

Mobil proqram təminatının satış həcmi 70 milyard dollara çatacaq

İnteraktiv əyləncə oyun sənayesi sahəsində işləyən İsveçrənin “Digi-Capital” investisiya firması 2017-ci ilədək mobil tətbiq bazarının həcmini 70 milyard dollar dəyərində proqnozlaşdırır. Hələlik proqram təminatı tərtibatçıları oyunlardan daha çox gəlir qazanırlar, amma gələcəkdə vəziyyətin dəyişəcəyi ehtimal edilir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, qeyri-oyun tətbiqlərinin satış həcmi iki dəfə artacaq. Beləliklə, bu cür proqramların satış həcminin orta illik artım sürəti 61,3% təşkil edəcək.
 
Ekspertlər bildirirlər ki, proqram təminatı tərtibatçıları getdikcə mobil layihələrə daha çox  sərmayə qoyurlar: son 12 ayda onlar bu cür proqram təminatının hazırlanmasına təxminən 10 milyard dollar xərcləyiblər.
 
“ Gartner”in proqnozuna görə, 2018-ci ilə son istifadəçilər üçün nəzərdə tutulmuş tətbiqlərin yalnız 0,01%-ni yaradıcıları üçün uğurlu  adlandırmaq mümkün olacaq.
 
“Gartner” mütəxəssislərinin müşahidələri göstərib ki, 2012-ci ildə mobil tətbiqlərin 91%-i ödənişsiz olub. Onlar 2017-ci ilədək bu göstəricinin 95%-ə çatacağını proqnozlaşdırır. Bununla belə, ehtimal edilir ki, ödənişli tətbiqlərin sayı azalsa da, onların yüklənməsi, əksinə, artacaq.
 
Emil Hüseynov



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024