Tarix:01/05/14
Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, məşğulluq mərkəzlərinin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksəksəviyyəli informasiya bazası yaradılmalıdır:
“İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır. Mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb”. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək:
“Bu o deməkdir ki, artıq hər hansı müvəqqəti bir iş axtaran insanın bunun üçün gedib hansısa yerdə, küçədə, yol kənarında dayanıb gözləməsinə ehtiyac yoxdur. O şəxs bu mərkəzə gələrək, burada aidiyyəti üzrə bölmədə konkret sifariş əsasında müvəqqəti işlərə göndərilə bilər. Həmçinin mərkəzdə iş axtarışı ilə bağlı öz təcrübə və informasiyasını könüllü şəkildə bölüşən vətəndaşlar üçün “İş klubu” fəaliyyət göstərəcək. Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası və s. ilə bağlı maarifləndirici vasitələrlə təchiz olunub. Əsas məqsəd odur ki, bu mərkəzə iş üçün müraciət edən hər hansı vətəndaşa köməklik göstərilməsi imkanları daha da artsın. Hazırda bu, bir sınaq işidir və nəticələrinə əsasən sonrakı mərhələlərdə uyğun tədbirlər görüləcək”.
Həqiqət İSABALAYEVA
Səlim Müslümov: “Məşğulluq mərkəzlərində yüksəksəviyyəli informasiya bazası yaradılmalıdır”
İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib.Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, məşğulluq mərkəzlərinin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksəksəviyyəli informasiya bazası yaradılmalıdır:
“İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır. Mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb”. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək:
“Bu o deməkdir ki, artıq hər hansı müvəqqəti bir iş axtaran insanın bunun üçün gedib hansısa yerdə, küçədə, yol kənarında dayanıb gözləməsinə ehtiyac yoxdur. O şəxs bu mərkəzə gələrək, burada aidiyyəti üzrə bölmədə konkret sifariş əsasında müvəqqəti işlərə göndərilə bilər. Həmçinin mərkəzdə iş axtarışı ilə bağlı öz təcrübə və informasiyasını könüllü şəkildə bölüşən vətəndaşlar üçün “İş klubu” fəaliyyət göstərəcək. Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası və s. ilə bağlı maarifləndirici vasitələrlə təchiz olunub. Əsas məqsəd odur ki, bu mərkəzə iş üçün müraciət edən hər hansı vətəndaşa köməklik göstərilməsi imkanları daha da artsın. Hazırda bu, bir sınaq işidir və nəticələrinə əsasən sonrakı mərhələlərdə uyğun tədbirlər görüləcək”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 858
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet