12px13px15px17px
Tarix:02/05/14

İtaliya və Azərbaycan GPS texnologiyaları vasitəsilə birgə tədqiqat aparacaqlar

İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurası (CNR) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyalarında birgə tədqiqat aparacaqlar. AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, italiyalı geoloqlar hazırda azərbaycanlı həmkarları ilə ölkəmizin şərqində geodinamik vəziyyəti öyrənir.
 
 Bununla əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geodinamika və Seysmologiya şöbəsinin dəvəti ilə İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisi Luçiano Teleska Azərbaycana gəlib, Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyaları ilə tanış olub və birgə tədqiqat imkanları araşdırılıb. Tədqiqatlarda məqsəd yüksək geodinamikliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində müntəzəm qravimetrik siqnalları və GPS texnologiyaları vasitəsilə əldə edilən məlumatları statistik metodla tədqiq etməkdir.
 
Nəticədə anomal effektlərin dəyişmə parametrləri və ümumi geodinamik vəziyyət haqqında məlumatlar əldə ediləcəkdir. Bu üsulun digər regionlarda da tətbiqi nəzərdə tutulur. İşlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024