12px13px15px17px
Tarix:03/05/14

Azərbaycan İpoteka Fondu proqram təminatı və texniki dəstək xidmətlərinin satınalınması üzrə açıq tender elan edib

Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu proqram təminatı və texniki dəstək xidmətlərinin satınalınması üzrə açıq tender elan edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 3 lot üzrə keçirilən tenderdə iştirak haqqı  lot 1 - 200 manat, lot 2 - 200 manat, lot 3 - 100 manat təşkil edir.
 
Lot 1 - "GNİ Software" avtomatlaşdırılmış mühasibat proqramına illik texniki dəstək xidmətinin, lot 2 - "Elektron İpoteka Sistemi"nə illik texniki dəstək xidmətinin,
lot 3 - İnformasiya Mübadiləsi modulu sisteminə 6 aylıq dəstək xidmətinin satınalmasını nəzərdə tutur.
 
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 9-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 20-dək  Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanına təqdim etməlidirlər.

Tender proseduru iyunun 23-də Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında baş tutacaq. Prosedurda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Aynur Vəliyeva



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024