Tarix:06/05/14
İkinci yeri son bir ildə bazar payı 4,06% azalaraq 11,48% təşkil edən "Google.com" tutur, üçüncü yeri isə bazar payı 2,63% azalaraq 6,06% təşkil edən "Google.ru" tutub. İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca bazar payı 1,53% azalaraq 4,53% təşkil edən "Google.com.tr", istifadəçilərinin sayı cüzi artaraq bazarın 3,35%-ni təşkil edən "Yandex.ru", 2,86% bazar payına malik olan "Mail.ru" və 2,73%-lə "Binq.com" gəlir.
Bundan başqa, ölkədə ən çox istifadə edilən brauzer son bir ildə "Chrome" olub. Onun bazar payı ötən illə müqayisədə 0,88% artaraq 51,39% təşkil edib. Brauzerlər bazarında ikinci yeri 18,88%-lə "Opera" tutub. Bu brauzerin bazarda payı son bir ildə 3,43% azalıb. Digər, "Android" brauzerinin istifadəçilərinin sayı isə 5,15% artaraq 9,13% təşkil edib.
Qeyd edilən üçlüyün ardınca bazar payı ötən illə müqayisədə iki dəfə azalaraq 3,69% təşkil edən "Firefox", bir il ərzində istifadəçilərinin sayı 3,96% azalaraq 4,58% olan "İnternet Exploer", 2,95%-lə "iPhone" və 1,85%-lə "Safari" gəlir.
Əməliyyat sistemlərinə gəldikdə, demək olar ki, Azərbaycanda hazırda ən çox istifadə olunan əməliyyat sistemi "Windows" əməliyyat sistemidir (ƏS). O, 49,27% bazar payı ilə liderdir. İkinci yeri bazar payı son bir ildə 12,69% artaraq 17,77% təşkil edən "Android" ƏS, üçüncü yeri istifadəçilərinin sayı 12,55% azalaraq 11,58% olan "WindowsXP" tutur. "iOS" ƏS-nin bazar payı son bir ildə 2,42% artaraq 5,59% təşkil edib, "Windows 8"-in istifadəçilərinin sayı 2,9% artaraq 5,34%, "Series 40"-ın bazar payı cüzi artaraq 3,57%, "Symbian"ın payı cüzi azalaraq 1, 42%, "Windows 8.1"-in payı isə 1,05 təşkil edib.
Qeyd edək ki, "Microsoft" şirkətinin "WindowsXP" əməliyyat sistemini dəstəklənməsini dayandırmağına baxmayaraq bu sistem hələ də dünyada ən çox istifadə edilən əməliyyat sistemlərindən biridir. "StatCounter" şirkətinin araşdırmalar şöbəsinin məlumatına əsasən, mart ayında "Windows 7" 54,7% bazar payı ilə dünya lideri idi, "Windows XP" isə 18,6% bazar payı ilə ikinci yeri tuturdu.
Məlumat üçün bildirək ki, "StatCounter" şirkətinin qlobal statistik göstəriciləri üç milyondan çox saytın ayda 15 milyarddan çox baxışı əsasında hazırlanır.
Aynur Vəliyeva
Ölkədə ən populyar axtarış sistemi hansıdır?
Axtarış sistemlərinə nəzər salsaq görərik ki, Azərbaycanda ən populyar sistem hazırda 65,66% bazar payına malik olan "Google.az"dır. Ötən illə müqayisədə bu sistemin istifadəçilərinin sayı 3,28% artıb.İkinci yeri son bir ildə bazar payı 4,06% azalaraq 11,48% təşkil edən "Google.com" tutur, üçüncü yeri isə bazar payı 2,63% azalaraq 6,06% təşkil edən "Google.ru" tutub. İlk üçlüyə daxil olan axtarış sistemlərinin ardınca bazar payı 1,53% azalaraq 4,53% təşkil edən "Google.com.tr", istifadəçilərinin sayı cüzi artaraq bazarın 3,35%-ni təşkil edən "Yandex.ru", 2,86% bazar payına malik olan "Mail.ru" və 2,73%-lə "Binq.com" gəlir.
Bundan başqa, ölkədə ən çox istifadə edilən brauzer son bir ildə "Chrome" olub. Onun bazar payı ötən illə müqayisədə 0,88% artaraq 51,39% təşkil edib. Brauzerlər bazarında ikinci yeri 18,88%-lə "Opera" tutub. Bu brauzerin bazarda payı son bir ildə 3,43% azalıb. Digər, "Android" brauzerinin istifadəçilərinin sayı isə 5,15% artaraq 9,13% təşkil edib.
Qeyd edilən üçlüyün ardınca bazar payı ötən illə müqayisədə iki dəfə azalaraq 3,69% təşkil edən "Firefox", bir il ərzində istifadəçilərinin sayı 3,96% azalaraq 4,58% olan "İnternet Exploer", 2,95%-lə "iPhone" və 1,85%-lə "Safari" gəlir.
Əməliyyat sistemlərinə gəldikdə, demək olar ki, Azərbaycanda hazırda ən çox istifadə olunan əməliyyat sistemi "Windows" əməliyyat sistemidir (ƏS). O, 49,27% bazar payı ilə liderdir. İkinci yeri bazar payı son bir ildə 12,69% artaraq 17,77% təşkil edən "Android" ƏS, üçüncü yeri istifadəçilərinin sayı 12,55% azalaraq 11,58% olan "WindowsXP" tutur. "iOS" ƏS-nin bazar payı son bir ildə 2,42% artaraq 5,59% təşkil edib, "Windows 8"-in istifadəçilərinin sayı 2,9% artaraq 5,34%, "Series 40"-ın bazar payı cüzi artaraq 3,57%, "Symbian"ın payı cüzi azalaraq 1, 42%, "Windows 8.1"-in payı isə 1,05 təşkil edib.
Qeyd edək ki, "Microsoft" şirkətinin "WindowsXP" əməliyyat sistemini dəstəklənməsini dayandırmağına baxmayaraq bu sistem hələ də dünyada ən çox istifadə edilən əməliyyat sistemlərindən biridir. "StatCounter" şirkətinin araşdırmalar şöbəsinin məlumatına əsasən, mart ayında "Windows 7" 54,7% bazar payı ilə dünya lideri idi, "Windows XP" isə 18,6% bazar payı ilə ikinci yeri tuturdu.
Məlumat üçün bildirək ki, "StatCounter" şirkətinin qlobal statistik göstəriciləri üç milyondan çox saytın ayda 15 milyarddan çox baxışı əsasında hazırlanır.
Aynur Vəliyeva
Baxış sayı: 840
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)