12px13px15px17px
Tarix:14/05/14

“Office for iPad” paketi 27 milyon dəfə yüklənilib

2014-cü il martın sonunda “App Store” onlayn mağazasında çoxdan gözlənilən “Office for iPad” tətbiqi yerləşdirilib. “TechEd” konfransında “Microsoft” korporasiyasının ofis bölməsinin baş meneceri Culiya Uayt bu tətbiqin uğurundan danışıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Office for iPad” paketi “Word” mətn redaktoru, “Excel” cədvəllər redaktoru, həmçinin təqdimatların yaradılması üçün “PowerPoint” proqramı kimi tətbiqləri özündə birləşdirir. Məhsul “freemium” modeli üzrə yayılır, yəni “App Store” onlayn mağazasından tətbiqləri yükləmək və onların köməyi ilə “Word”, “Excel” və “PowerPoint” formatında sənədləri ödənişsiz açmaq olar, amma redaktə və bu cür faylların yaradılmasına görə məbləğ ödəmək lazımdır.
 
“Office 365”-ə illik abunənin qiyməti 99 dollar təşkil edir.
 
Uaytın sözlərinə görə, “Office for iPad” paketi buraxıldığı andan ötmüş 46 gün ərzində 27 milyon dəfə yüklənilib.
 
Emil Hüseynov
 



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024