Tarix:15/05/14
Milli Arxiv İdarəsindən verilən məlumata görə, bu, ölməz Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 90 dəqiqəlik DVD diskidir.
Məlumdur ki, Ü. Hacıbəylinin sözügedən operettası əsasında 1945-ci ildə iki variantda - Azərbaycan və rus dillərində ağ-qara rəngli bədii film çəkilib. Lakin sonradan filmin Azərbaycan dilində olan variantı itmiş hesab olunub və uzun müddət tapılmayıb. Nümayiş etdirilən film isə dublyaj edilib ki, burada tamaşaçılar Rəşid Behbudovun, Leyla Bədirbəylinin, Lütvəli Abdullayevin səslərini yaxşı tanıdıqları üçün elə bir effekt vermirdi.
Nəhayət, filmin Azərbaycan dilində olan variantı tapılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə film Hollivudda bərpa olunaraq rənglənib və Azərbaycana gətirilib. Ötən ilin sonlarında bərpa edilmiş və rənglənmiş filmin təqdimatı keçirilib.
Maraqlıdır ki, diskdə bərpa olunub rənglənmiş süjetlərlə yanaşı, bərpadan əvvəlki ağ-qara kadrlar da müqayisəli şəkildə verilib. Burada filmin bərpası və rənglənməsində görülən çox böyük və mürəkkəb işləri tamaşaçı aydın görür. Təkcə bunu qeyd etmək kifayətdir ki, film üzərində bərpa işləri 9 aya qədər davam edib. İşə xeyli sayda yüksəksəviyyəli mütəxəssislər cəlb edilib. Yalnız Hindistanda 70 nəfərdən artıq mütəxəssis bir neçə ay çalışıb. Diskdə eyni zamanda kinoşünas, bərpaçı və proqramçılar işin mürəkkəbliliyi, köhnə ağ-qara kinolentin bərbad vəziyyətdə olması və xeyli əmək sərf etmələrindən söhbət açırlar.
CAHANGİR
Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir texnologiya əsasında Hollivudda bərpa olunmuş Azərbaycan filmi arxivə qəbul edilib
Bu günlərdə Azərbaycan Dövlət Səs Yazıları Arxivinə çox dəyərli bir disk qəbul edilib.Milli Arxiv İdarəsindən verilən məlumata görə, bu, ölməz Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 90 dəqiqəlik DVD diskidir.
Məlumdur ki, Ü. Hacıbəylinin sözügedən operettası əsasında 1945-ci ildə iki variantda - Azərbaycan və rus dillərində ağ-qara rəngli bədii film çəkilib. Lakin sonradan filmin Azərbaycan dilində olan variantı itmiş hesab olunub və uzun müddət tapılmayıb. Nümayiş etdirilən film isə dublyaj edilib ki, burada tamaşaçılar Rəşid Behbudovun, Leyla Bədirbəylinin, Lütvəli Abdullayevin səslərini yaxşı tanıdıqları üçün elə bir effekt vermirdi.
Nəhayət, filmin Azərbaycan dilində olan variantı tapılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə film Hollivudda bərpa olunaraq rənglənib və Azərbaycana gətirilib. Ötən ilin sonlarında bərpa edilmiş və rənglənmiş filmin təqdimatı keçirilib.
Maraqlıdır ki, diskdə bərpa olunub rənglənmiş süjetlərlə yanaşı, bərpadan əvvəlki ağ-qara kadrlar da müqayisəli şəkildə verilib. Burada filmin bərpası və rənglənməsində görülən çox böyük və mürəkkəb işləri tamaşaçı aydın görür. Təkcə bunu qeyd etmək kifayətdir ki, film üzərində bərpa işləri 9 aya qədər davam edib. İşə xeyli sayda yüksəksəviyyəli mütəxəssislər cəlb edilib. Yalnız Hindistanda 70 nəfərdən artıq mütəxəssis bir neçə ay çalışıb. Diskdə eyni zamanda kinoşünas, bərpaçı və proqramçılar işin mürəkkəbliliyi, köhnə ağ-qara kinolentin bərbad vəziyyətdə olması və xeyli əmək sərf etmələrindən söhbət açırlar.
CAHANGİR
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet