12px13px15px17px
Tarix:21/05/14

"Google” dünyanın ən bahalı brendi seçilib

“MillwardBrown” analitik şirkətinin versiyasına görə, ABŞ-ın “Google” şirkəti dünyanın ən bahalı brendi seçilib. Şirkətin dəyəri il ərzində 40 faiz artaraq 159 milyard dollar təşkil edib ki, bu da ona ötənilki lider “Apple” şirkətini birinci yerdən sıxışdırmağa imkan verib. Ötən il “Apple” əmtəə nişanının dəyəri 20 faiz azalaraq 148 milyard dollara enib.  

Ümumi reytinqdə üçüncü yeri müqayisəli göstəricisinin 4 faiz – 107 milyard dollaradək azalmasına baxmayaraq yenidən "IBM” şirkəti tutub. Brend dəyəri 29 faiz artaraq 90 milyard dollara çatan “Microsoft” korporasiyası əvvəllər qərarlaşdığı dördüncü yeri qoruyub saxlaya bilib. Ən bahalı əmtəə nişanları beşliyini “McDonald's” restoranlar şəbəkəsi (85 milyard dollar) tamamlayır.

İl ərzində daha çox Çinin nəhəng “Tenсent” telekommunikasiya şirkətinin və dünyanın iri “Facebook” sosial şəbəkəsinin əmtəə nişanları bahalaşıb. Belə ki, “Tencent”in dəyəri 97 faiz artaraq 53 milyard dollara çatıb, "Facebook”un isə 68 faiz – 35 milyard dollaradək yüksəlib.

Qeyd edək ki, “MillwardBrown” 2006-cı ildən dünyanın ən bahalı brendləri siyahısını tərtib edir. Şirkət nümayəndələri bildirirlər ki, bu, dünyada 2 milyon nəfərin sorğusuna və minlərlə şirkətin biznes göstəricilərinin dəqiq təhlilinə əsaslanan yeganə reytinqdir, - “İTAR-TASS www.itar-tass.com” yazır.   
 
 



Baxış sayı: 421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024