Tarix:21/05/14
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni qaydalar ünvanların binalara yox, onların girişlərinə verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, binanın hər bir girişinə ayrıca ünvan verilir. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.
Yeni ünvan sistemində ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də əks olunacaq.
Yeni qaydalara əsasən, küçə və prospektlər kodlaşdırılacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək. Bu da küçə adlarının dəyişdirilməsi zamanı bir çox sənədlərin dəyişdirilməsi zərurətini aradan qaldıracaq.
Artıq yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakı şəhərinin 1325, Sumqayıt şəhərinin 69, Gəncə şəhərinin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib.
CAHANGİR
Ünvan Reyestri İnformasiya Sistemi təkmilləşdirilir
Məlum olduğu kimi, bu ilin martından Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Yeni ünvan sistemi nəticəsində vətəndaşların istənilən vaxt ünvanları rahat və tez şəkildə tapa bilməsini təmin edir.Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni qaydalar ünvanların binalara yox, onların girişlərinə verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən, binanın hər bir girişinə ayrıca ünvan verilir. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.
Yeni ünvan sistemində ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də əks olunacaq.
Yeni qaydalara əsasən, küçə və prospektlər kodlaşdırılacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək. Bu da küçə adlarının dəyişdirilməsi zamanı bir çox sənədlərin dəyişdirilməsi zərurətini aradan qaldıracaq.
Artıq yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakı şəhərinin 1325, Sumqayıt şəhərinin 69, Gəncə şəhərinin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib.
CAHANGİR
Baxış sayı: 979
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet