12px13px15px17px
Tarix:31/05/14

Azərbaycan Cenevrədə “European Week of Astronomy and Space Science” beynəlxalq elmi simpoziumunda iştirak edəcək

İyun ayının 30-dan iyul ayının 4-nə kimi İsveçrənin Cenevrə  şəhərində “European Week of Astronomy and Space Science” beynəlxalq elmi simpoziumu keçiriləcək. Avropa Astronomiya Cəmiyyəti tərəfindən təşkil olunacaq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  elmi  işçisi Fəxrəndə Əlimərdanova təmsil edəcək.
 
 
Rəsədxanadan verilən məlumata görə, F. Əlimərdanova konfransda  “Planet formation processes in the young solar-type stars” adli məruzə ilə çıxış edəcək.
 
 
Qeyd edək ki, xüsusi plenar iclaslar və görüşlərlə davam edəcək simpoziumda mükafatlandırma mərasiminin təşkili də nəzərdə tutulur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024