Tarix:10/06/14
“ICTnews”-un “www.it-top.ru” saytına istinadən verdiyi məlumata görə, şirkətin məhsulları ilə aşkar edilən “Trojan-Ransom.AndroidOS.Pletor.a” ziyanvericisi artıq bir aydır ki, şəbəkədə aşkar edilib və 13 ölkədə 2 mindən çox yoluxdurma cəhdi qeydə alıb. Əsas zərbə Rusiya və Ukraynaya dəyib, lakin risk qrupunda daha 10 ölkənin adı var - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya, Yunanıstan, Cənubi Koreya və Sinqapur.
Troyanın əsas məqsədi smartfonun yaddaş kartının tərkibini şifrləməsidir. Ziyanvericini məşhur qrafik və mətnli formatlarda mediafayllar və sənədlər maraqlandırır.
“Pletor” troyanı özünü şantajçı-proqram kimi aparır və istifadəçidən onun məlumatlarına çıxışını bərpa etmək üçün pul tələb edirlər. Şifrləmə başlayan kimi ziyanverici ekrana qadağa olunmuş kontentə baxdığına görə qurğuya çıxışın bağlanması haqda məlumat çıxarır. Məlumatda ziyanvericilər “cəriməni” ödəməyi tələb edirlər, əks halda istifadəçi onun məlumatlarının açıq mənbələrdə dərc edilməsi ilə hədələnir.
“Kasperski Laboratoriyası”nın aşkar etdiyi ziyanverici modifikasiyalar bu mesajları rus dilində göstəriblər və əsasən Rusiya və Ukrayna vətəndaşlarına yönəliblər, çünki ödəniş üçün rubl və qrivna tələb ediblər. Bədəməllər ödənişi elektron pul cüzdanını və ya mobil telefon hesabına adi pul köçürməsi şəklində qəbul edirlər.
Şifrləmə proqramı arzuedilməz kontentli saxta saytlar vasitəsi ilə videofaylların göstərilməsi üçün nəzərdə tutulan proqram kimi yayılır.
“Kasperski Laboratoriyası”nın ekspertləri, ziyanvericinin “Android” üçün faydalı əlavə və ya oyun kimi özünü qələmə verməsi hallarını qeydə alıb.
SMS-spam kimi məşhur yayım kanalı bədəməllər tərəfindən istifadə edilməyib. Troyanın müxtəlif modifikasiyaları sahibləri ilə əlaqə yaratmaq üçün HTTP və SMS kanallarını və yaxud anonim TOR şəbəkəsini istifadə edirlər.
Aynur Vəliyeva
Azərbaycanlı “Android” istifadəçiləri yeni təhdid növünə yoluxma riski qrupuna daxildirlər
“Kasperski Laboratoriyası” şirkəti “Android” platforması üçün nəzərdə tutulmuş ilk şifrləmə-troyanının funksionalını və yayılma detallarını açıqlayıb.“ICTnews”-un “www.it-top.ru” saytına istinadən verdiyi məlumata görə, şirkətin məhsulları ilə aşkar edilən “Trojan-Ransom.AndroidOS.Pletor.a” ziyanvericisi artıq bir aydır ki, şəbəkədə aşkar edilib və 13 ölkədə 2 mindən çox yoluxdurma cəhdi qeydə alıb. Əsas zərbə Rusiya və Ukraynaya dəyib, lakin risk qrupunda daha 10 ölkənin adı var - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya, Yunanıstan, Cənubi Koreya və Sinqapur.
Troyanın əsas məqsədi smartfonun yaddaş kartının tərkibini şifrləməsidir. Ziyanvericini məşhur qrafik və mətnli formatlarda mediafayllar və sənədlər maraqlandırır.
“Pletor” troyanı özünü şantajçı-proqram kimi aparır və istifadəçidən onun məlumatlarına çıxışını bərpa etmək üçün pul tələb edirlər. Şifrləmə başlayan kimi ziyanverici ekrana qadağa olunmuş kontentə baxdığına görə qurğuya çıxışın bağlanması haqda məlumat çıxarır. Məlumatda ziyanvericilər “cəriməni” ödəməyi tələb edirlər, əks halda istifadəçi onun məlumatlarının açıq mənbələrdə dərc edilməsi ilə hədələnir.
“Kasperski Laboratoriyası”nın aşkar etdiyi ziyanverici modifikasiyalar bu mesajları rus dilində göstəriblər və əsasən Rusiya və Ukrayna vətəndaşlarına yönəliblər, çünki ödəniş üçün rubl və qrivna tələb ediblər. Bədəməllər ödənişi elektron pul cüzdanını və ya mobil telefon hesabına adi pul köçürməsi şəklində qəbul edirlər.
Şifrləmə proqramı arzuedilməz kontentli saxta saytlar vasitəsi ilə videofaylların göstərilməsi üçün nəzərdə tutulan proqram kimi yayılır.
“Kasperski Laboratoriyası”nın ekspertləri, ziyanvericinin “Android” üçün faydalı əlavə və ya oyun kimi özünü qələmə verməsi hallarını qeydə alıb.
SMS-spam kimi məşhur yayım kanalı bədəməllər tərəfindən istifadə edilməyib. Troyanın müxtəlif modifikasiyaları sahibləri ilə əlaqə yaratmaq üçün HTTP və SMS kanallarını və yaxud anonim TOR şəbəkəsini istifadə edirlər.
Aynur Vəliyeva
Baxış sayı: 846
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)