Tarix:17/06/14
“Ali təhsil müəssisələrinin 1-ci kurs tələbələrinin hazırda imtahan sessiyaları dövrünün olması və tələbələrin “SABAH” qruplarına olan böyük marağı nəzərə alınaraq, bu qruplara elektron ərizə qəbulu 3 gün olmaqla 15.06.2014 tarixinədək uzadılmışdı”.
Qeyd edək ki, növbəti mərhələdə iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək nəzərdə tutulur: “Test imtahanına aid nümunələr “SABAH”-ın rəsmi internet səhifəsində təqdim edilib. Elektron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər”.
“SABAH” qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır. Sözügedən mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. “SABAH” qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla, 52 ixtisası əhatə edəcək. İxtisaslara BDU-da “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, ADPU-da “Riyaziyyat və informatika müəllimliyi” və s. istiqamətlər daxildir. Hər bir ixtisasın “SABAH” qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək. Qruplar ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq. Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
Həqiqət İSABALAYEVA
“SABAH” qruplarına elektron qeydiyyat başa çatıb
“SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qruplarına elektron ərizə qəbulu artıq başa çatıb. Təhsil Nazirliyindən qeyd edilib ki, test imtahanının yeri və tarixi barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək:“Ali təhsil müəssisələrinin 1-ci kurs tələbələrinin hazırda imtahan sessiyaları dövrünün olması və tələbələrin “SABAH” qruplarına olan böyük marağı nəzərə alınaraq, bu qruplara elektron ərizə qəbulu 3 gün olmaqla 15.06.2014 tarixinədək uzadılmışdı”.
Qeyd edək ki, növbəti mərhələdə iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək nəzərdə tutulur: “Test imtahanına aid nümunələr “SABAH”-ın rəsmi internet səhifəsində təqdim edilib. Elektron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər”.
“SABAH” qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır. Sözügedən mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. “SABAH” qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla, 52 ixtisası əhatə edəcək. İxtisaslara BDU-da “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, ADPU-da “Riyaziyyat və informatika müəllimliyi” və s. istiqamətlər daxildir. Hər bir ixtisasın “SABAH” qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək. Qruplar ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq. Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1178
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet