12px13px15px17px
Tarix:18/06/14

Nanotexnologiyalar sahəsi üzrə görkəmli alim ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Biofizika kafedrasının professoru, eləcə də Rusiya Elmlər Akademiyası Ümumi və Qeyri-üzvü kimya, Elektrotexnika və Radiotexnika institutlarının əməkdaşı Qennadiy Borisoviç Xomutov ilə görüş keçirilib.
 
Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov görüşün rəhbərlik etdiyi elmi müəssisə ilə Moskva Dövlət Universitetinin Fizika fakültəsi arasında nanotexnologiyalar sahəsində elmi tədqiqatlar üzrə bağlanmış müqaviləyə əsasən keçirildiyini bildirib.
 
 A.Qəribov 373 elmi məqalə, 19 patent, 5 monoqrafiyanın müəllifi olan və nanotexnologiyalar sahəsində görkəmli alim Q.Xomutovun elmi fəaliyyəti haqda məlumat verib. AMEA-dan verilən məlumata görə, Q.Xomutov “Nano-mühəndisliyin biofiziki əsasları” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024