Tarix:19/06/14
Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Müdafiə nazirliklərinin təşkilatçılığı ilə baş tutan yubileydə veteranlar, ictimaiyyət nümayəndələri, yubilyarın ailə üzvləri, dostları iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev yubilyarın keçdiyi döyüş yolundan danışaraq bildirib ki, onun şərəfli həyatının təbliğ olunması gənc nəslin vətənpərvər ruhunda tərbiyələndirilməsində mühüm əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında yüz minlərlə qurban vermiş Azərbaycan xalqının böyük rol oynadığını qeyd edən D.Rzayevin sözlərinə görə, şura tərəfindən tez-tez qəhrəmanların yubileyləri qeyd olunur.
Bundan sonra yubilyar haqqında qısa slayd-şou nümayiş etdirilib. Bildirilib ki, B.Mirzəyev 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olub. 1936-cı ildə 22 yaşında hərbi xidmətə çağırılıb və 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü topçu alayında batareya komandiri kimi Böyük Vətən müharibəsində iştirak edib. Mozdok, Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak edib. B.Mirzəyevin batareyası Visla, Oder və Şpreedəki döyüşlərdə xüsusilə fərqlənib. Təkcə Küstrin uğrundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv edib. 1945-ci ilin fevral ayının əvvəlində batareyanın piyada qoşunları yeddigünlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçiriblər.
Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılıb. Bu zaman B.Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq edib. Bu diviziyanın 8 nəfər döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da biri Bəhyəddin Mirzəyev olub. B.Mirzəyev Berlin uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralandıqdan sonra yenə müalicə olunaraq cəbhəyə qayıdıb. Rəşadətinə görə SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli qərarına əsasən, Mirzəyev Bəhyəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni, “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. Müharibədən sonra B.Mirzəyev uzun illər Azərbaycan Həmkarlar İttifaqına rəhbərlik edib. Daha sonra – 74 yaşınadək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
B.Mirzəyev 1987-ci ildə dünyasını dəyişib. Hazırda qəhrəmanın adına İsmayıllı rayonunda küçə var.
Daha sonra 416-cı Taqanroq diviziyasının döyüşçüsü Məhəmməd Hüseynov, hərbi tədqiqatçı, yazıçı-jurnalist Şəmistan Nəzirli, qəhrəmanın yaxın qohumu Nizami Fərəcov və digərləri çıxış edərək Bəhyəddin Mirzəyevin keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından, onunla bağlı xatirələrindən danışmışlar.
Seymur Qasımbəyli
Sovet İttifaqı Qəhrəmanı, rabitəçi Bəhyəddin Mirzəyevin 100 illik yubileyi qeyd edilib
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Müdafiə nazirliklərinin təşkilatçılığı ilə baş tutan yubileydə veteranlar, ictimaiyyət nümayəndələri, yubilyarın ailə üzvləri, dostları iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev yubilyarın keçdiyi döyüş yolundan danışaraq bildirib ki, onun şərəfli həyatının təbliğ olunması gənc nəslin vətənpərvər ruhunda tərbiyələndirilməsində mühüm əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında yüz minlərlə qurban vermiş Azərbaycan xalqının böyük rol oynadığını qeyd edən D.Rzayevin sözlərinə görə, şura tərəfindən tez-tez qəhrəmanların yubileyləri qeyd olunur.
Bundan sonra yubilyar haqqında qısa slayd-şou nümayiş etdirilib. Bildirilib ki, B.Mirzəyev 1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olub. 1936-cı ildə 22 yaşında hərbi xidmətə çağırılıb və 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü topçu alayında batareya komandiri kimi Böyük Vətən müharibəsində iştirak edib. Mozdok, Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak edib. B.Mirzəyevin batareyası Visla, Oder və Şpreedəki döyüşlərdə xüsusilə fərqlənib. Təkcə Küstrin uğrundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv edib. 1945-ci ilin fevral ayının əvvəlində batareyanın piyada qoşunları yeddigünlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçiriblər.
Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılıb. Bu zaman B.Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq edib. Bu diviziyanın 8 nəfər döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da biri Bəhyəddin Mirzəyev olub. B.Mirzəyev Berlin uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralandıqdan sonra yenə müalicə olunaraq cəbhəyə qayıdıb. Rəşadətinə görə SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli qərarına əsasən, Mirzəyev Bəhyəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni, “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. Müharibədən sonra B.Mirzəyev uzun illər Azərbaycan Həmkarlar İttifaqına rəhbərlik edib. Daha sonra – 74 yaşınadək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
B.Mirzəyev 1987-ci ildə dünyasını dəyişib. Hazırda qəhrəmanın adına İsmayıllı rayonunda küçə var.
Daha sonra 416-cı Taqanroq diviziyasının döyüşçüsü Məhəmməd Hüseynov, hərbi tədqiqatçı, yazıçı-jurnalist Şəmistan Nəzirli, qəhrəmanın yaxın qohumu Nizami Fərəcov və digərləri çıxış edərək Bəhyəddin Mirzəyevin keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından, onunla bağlı xatirələrindən danışmışlar.
Seymur Qasımbəyli
Baxış sayı: 1057
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet