Tarix:23/08/11
Kazımovun sözlərinə görə, perspektivdə sistemə habelə Naxçıvan Muxtar Respublikasının da qoşulması planlaşdırılır, bununla əlaqədar "Azərpoçt"un mütəxəssisləri artıq dəfələrlə orada olublar.
Poçt göndərişlərinin izlənilməsi sistemi poçt şöbələrində bağlama göndərənə təqdim edilən unikal poçt identifikatorunun (13 simvoldan - 4 hərf və 9 rəqəm, məsələn, RR000123698AZ-dan ibarət ştrix kod) mənimsənilməsindən ibarətdir.
Bu, göndərişin hər bir mərhələsində vahid məlumat bazasından poçt identifikatoruna məlumat daxil etməyə və real vaxt rejimində poçt bağlamasını internet vasitəsilə son təyinat nöqtəsinədək izləməyə imkan verir. Sistem artıq "Azərpoçt" poçt rabitəsi operatorunun rəsmi internet resursuna birləşdirilib.
"Azərpoçt" Azərbaycanın bütün ərazisində poçt göndərişlərinin izlənməsi sistemini işə salıb
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycanın bütün ərazisində poçt göndərişlərinin hərəkətinin izlənilməsi sistemini işə salıb. Bu barədə "Azərpoçt"un baş direktorunun müavini Sübhan Kazımov məlumat verib.Kazımovun sözlərinə görə, perspektivdə sistemə habelə Naxçıvan Muxtar Respublikasının da qoşulması planlaşdırılır, bununla əlaqədar "Azərpoçt"un mütəxəssisləri artıq dəfələrlə orada olublar.
Poçt göndərişlərinin izlənilməsi sistemi poçt şöbələrində bağlama göndərənə təqdim edilən unikal poçt identifikatorunun (13 simvoldan - 4 hərf və 9 rəqəm, məsələn, RR000123698AZ-dan ibarət ştrix kod) mənimsənilməsindən ibarətdir.
Bu, göndərişin hər bir mərhələsində vahid məlumat bazasından poçt identifikatoruna məlumat daxil etməyə və real vaxt rejimində poçt bağlamasını internet vasitəsilə son təyinat nöqtəsinədək izləməyə imkan verir. Sistem artıq "Azərpoçt" poçt rabitəsi operatorunun rəsmi internet resursuna birləşdirilib.
Baxış sayı: 6806
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək