Tarix:20/06/14
Proqramın məqsədi proqramlaşdırmanı öyrətməkdən daha çox, ona maraq yaratma və proqram kodları ilə işləməyi bacarmağın nə qədər səmərəli olduğunu göstərməkdir.
Layihə iştirakçılarına "3D" qolbaqlar, GİF formatında təsvirlərin animasiyaları, "Google Blockly" vizual proqramlaşdırma dili vasitəsi ilə elektron musiqi yaratmağı öyrənmək təklif edilir.
Saytda öz peşələrində proqramlaşdırma bacarıqlarını istifadə edən qadınlar haqda videoçarxlar nəşr edilib. "Google" bildirib ki, bu bacarıqlar təkcə texnoloji şirkətdə işləmək üçün lazım deyil, onlar dizayn, tibb, arxitektura və musiqi sahələrində işləmək üçün də gərəklidir.
"Google"dan başqa layihədə "Girls Inc.", "Girl Scouts of the USA", MIT Universiteti, "Milli qadın və informasiya texnologiyaları mərkəzi", "TechCrunch" saytı və s. iştirak edirlər. Onlar bunun üçün 50 milyon dollar sərmayə qoymağı nəzərdə tuturlar.
Üç ay bundan öncə "Google" şirkəti milli və gender tərkibi haqda ilk hesabatını nəşr edib. Məlum olub ki, şirkətin əməkdaşlarının 70 faizi kişilərdir, 61 faizi isə avropoid irqinin nümayəndələridir. Bu, "Google" ünvanına bərabər hüquq tərəfdaşları tərəfindən kritik fikirlərin söylənməsinə səbəb olub.
Aynur Vəliyeva
Məktəbli və tələbə qızlara proqramlaşdırma öyrədiləcək
"Google" şirkəti məktəbli və tələbə qızların İT sahəsinə cəlb edilməsi üzrə "Made with Code" («Kod vasitəsi ilə düzəlib») layihəsini həyata keçirməyə başlayır.Proqramın məqsədi proqramlaşdırmanı öyrətməkdən daha çox, ona maraq yaratma və proqram kodları ilə işləməyi bacarmağın nə qədər səmərəli olduğunu göstərməkdir.
Layihə iştirakçılarına "3D" qolbaqlar, GİF formatında təsvirlərin animasiyaları, "Google Blockly" vizual proqramlaşdırma dili vasitəsi ilə elektron musiqi yaratmağı öyrənmək təklif edilir.
Saytda öz peşələrində proqramlaşdırma bacarıqlarını istifadə edən qadınlar haqda videoçarxlar nəşr edilib. "Google" bildirib ki, bu bacarıqlar təkcə texnoloji şirkətdə işləmək üçün lazım deyil, onlar dizayn, tibb, arxitektura və musiqi sahələrində işləmək üçün də gərəklidir.
"Google"dan başqa layihədə "Girls Inc.", "Girl Scouts of the USA", MIT Universiteti, "Milli qadın və informasiya texnologiyaları mərkəzi", "TechCrunch" saytı və s. iştirak edirlər. Onlar bunun üçün 50 milyon dollar sərmayə qoymağı nəzərdə tuturlar.
Üç ay bundan öncə "Google" şirkəti milli və gender tərkibi haqda ilk hesabatını nəşr edib. Məlum olub ki, şirkətin əməkdaşlarının 70 faizi kişilərdir, 61 faizi isə avropoid irqinin nümayəndələridir. Bu, "Google" ünvanına bərabər hüquq tərəfdaşları tərəfindən kritik fikirlərin söylənməsinə səbəb olub.
Aynur Vəliyeva
Baxış sayı: 969
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)