12px13px15px17px
Tarix:23/08/11

“Microsoft” istifadəçilərə lazımi məkanları tapmağa kömək edəcək

“Microsoft” şirkəti öz “Windows Phone” mobil platforması üçün yeni proqramını təqdim edib. “We're in” adlanan proqram tanınmış “Foursquare” xidməti ilə oxşarlığa malikdir.

Belə ki, proqram istifadəçiyə məskunlaşdığı və olduğu yeri göstərməyə və hərəkət qrafikini dostlarla bölüşməyə icazə verir. Lakin bununla belə, iki proqram arasında bir sıra əhəmiyyətli fərqlər də var.

Proqram xüsusi dəvətlər yaratmağa və onları öz dostlarınıza göndərməyə imkan yaradır. Dostlar dəvəti qəbul edən kimi onların yeri “Bing Maps” xəritələrində görünür.

Bu funksiya vasitəsilə insanların təyin olunmuş vaxtda və yerdə görüşməsi daha da asanlaşır . Eyni zamanda, proqram təyin olunmuş yeri tapmaqda çətinlik çəkən insanlara kömək edir. “We're in” proqramı artıq “Zune Marketplace”-də satışa çıxarılıb.



Baxış sayı: 1497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024