Tarix:27/06/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, servis Avropa Məhkəməsinin “yaddan çıxarma hüququ” ilə bağlı qərarına əsasən yaradılıb.
Bu qərara əsasən, Avropa İttifaqı vətəndaşları özləri haqda köhnəlmiş və ya doğru olmayan məlumatları silə bilərlər. Bu tələblə bağlı müraciəti “Google”un müvafiq saytında yerləşdirmək olar.
Lakin “Forget.me” saytının yaradıcıları əmin edirlər ki, onların servisi bunu daha tez etməyə imkan verir.
“Google” saytında istifadəçi bu və ya digər məlumatı niyə görə silmək istədiyinin səbəbini bildirməlidir.
“Forget.me” servisi artıq hazır variantlardan birini seçmək imkanını təklif edir. Bunlar arasında, cinayətdə yanlış ittiham və ya şübhə, feyk akkauntların mövcud olması, böhtan, təhqir kimi səbəbləri qeyd etmək olar.
İstifadəçi eyni zamanda “yaddan çıxarma hüququ”ndan keçmiş ideoloji və siyasi baxışlarını, dini və milli mənsubiyyətini, seksual oriyentasiyasını, xəstəlikləri və gəlirləri haqda məlumatları, əlaqə məlumatlarını gizlətmək istədiyi halda istifadə edə bilər.
Avropa İttifaqı vətəndaşları onların razılığı olmadan 10 il öncə onların təsvir edildiyi şəklin və ya videonun silinməsini tələb edə bilərlər. İstifadəçilər eyni zamanda ölmüş qohumları haqda məlumatların, misal üçün, sosial şəbəkələrdə akkauntlarına istinadların silinməsini tələb edə bilərlər. İstifadəçinin silmək istədiyi istinadlar qeyd edildikdən sonra müraciət “Google” şirkətinə göndəriləcək.
Müraciət baxılandan sonra istifadəçi “Forget.me”dən müraciətin statusu haqda bildiriş alacaq. Qeyd edək ki, xidmət pulsuzdur, o, “Reputation VIP” şəbəkədə etibar menecmenti ilə məşğul olan fransız şirkətinə aiddir.
O, özləri haqda internetdə yerləşdirilmiş məlumatları silmək istəyən müştərilərə pullu xidmətlər göstərir. Avropa İttifaqı “Google” şirkətini bu ilin may ayında “yaddan çıxarma hüququ”na riayət etməyə məcbur edib. “Google” isə bu qərarı senzura adlandırıb.
Aynur Vəliyeva
“Google”dan istinadların “yaddan çıxarma hüququ”na görə silinməsi servisi yaradılıb
Fransa şirkəti “Google” axtarış sistemində özü haqda məlumatı silmək istəyənlər üçün “Forget.me” servisini yaradıb.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, servis Avropa Məhkəməsinin “yaddan çıxarma hüququ” ilə bağlı qərarına əsasən yaradılıb.
Bu qərara əsasən, Avropa İttifaqı vətəndaşları özləri haqda köhnəlmiş və ya doğru olmayan məlumatları silə bilərlər. Bu tələblə bağlı müraciəti “Google”un müvafiq saytında yerləşdirmək olar.
Lakin “Forget.me” saytının yaradıcıları əmin edirlər ki, onların servisi bunu daha tez etməyə imkan verir.
“Google” saytında istifadəçi bu və ya digər məlumatı niyə görə silmək istədiyinin səbəbini bildirməlidir.
“Forget.me” servisi artıq hazır variantlardan birini seçmək imkanını təklif edir. Bunlar arasında, cinayətdə yanlış ittiham və ya şübhə, feyk akkauntların mövcud olması, böhtan, təhqir kimi səbəbləri qeyd etmək olar.
İstifadəçi eyni zamanda “yaddan çıxarma hüququ”ndan keçmiş ideoloji və siyasi baxışlarını, dini və milli mənsubiyyətini, seksual oriyentasiyasını, xəstəlikləri və gəlirləri haqda məlumatları, əlaqə məlumatlarını gizlətmək istədiyi halda istifadə edə bilər.
Avropa İttifaqı vətəndaşları onların razılığı olmadan 10 il öncə onların təsvir edildiyi şəklin və ya videonun silinməsini tələb edə bilərlər. İstifadəçilər eyni zamanda ölmüş qohumları haqda məlumatların, misal üçün, sosial şəbəkələrdə akkauntlarına istinadların silinməsini tələb edə bilərlər. İstifadəçinin silmək istədiyi istinadlar qeyd edildikdən sonra müraciət “Google” şirkətinə göndəriləcək.
Müraciət baxılandan sonra istifadəçi “Forget.me”dən müraciətin statusu haqda bildiriş alacaq. Qeyd edək ki, xidmət pulsuzdur, o, “Reputation VIP” şəbəkədə etibar menecmenti ilə məşğul olan fransız şirkətinə aiddir.
O, özləri haqda internetdə yerləşdirilmiş məlumatları silmək istəyən müştərilərə pullu xidmətlər göstərir. Avropa İttifaqı “Google” şirkətini bu ilin may ayında “yaddan çıxarma hüququ”na riayət etməyə məcbur edib. “Google” isə bu qərarı senzura adlandırıb.
Aynur Vəliyeva
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)