12px13px15px17px
Tarix:01/07/14

Braziliya Cənubi Amerikanın ödənişli TV bazarının lideridir

Cənubi Amerika regionu 2014-cü ilin birinci rübünü 63,7 milyon ödənişli televiziya abunəçisi ilə başa vurub ki, bu da əvvəlki rübdən 2 faiz çoxdur. Bu barədə “Dataxis” konsaltinqşirkətinin hesabatında deyilir.

Şirkətin məlumatına görə, qeyd olunan üç ay ərzində maksimal artımı Venesuela (2,7 faiz), Braziliya (2,5 faiz), Kolumbiya (2,1 faiz) və Meksika (1,5 faiz) nümayiş etdirib. Braziliya 18,46 milyon tamaşaçı ilə regionun ödənişli televiziya bazarının lideri olaraq qalır. İkinci yerdə Meksika (15,56 milyon), üçüncüdə Argentina (8,4 milyon) qərarlaşıb.

Braziliyanın “Anatel” telekommunikasiya tənzimləyici orqanının məlumatına görə, 2014-cü ilin mayın sonunda Braziliyada 18,76 milyon ödənişli televiziya abunəçisi qeydə alınıb. Yerli bazarda “AmericaMovil” operatoru 53,5 faizlik bazar payı ilə liderdir, ikinci yerdə 29,74 faizlə “Sky/DirecTV” şirkətidir.“Oi” və “GVT” şirkətləri hərəyə 5 faizlik paya sahibdir.

Cənubi Amerikada Braziliya, Meksika və Argentina ilə yanaşı, Çili bazarı da iri ödənişli TV bazarı hesab edilir. 2014-cü ilin birinci rübünün sonuna bu ölkədə 2,6 milyon ödənişli TV abunəçisi qeydə alınıb ki, bu da bir il əvvəlin analoji dövründən 16,6 faiz çoxdur. Ölkə ərazisində belə servislərin nüfuzetmə səviyyəsi artım imkanlarını qorumaqla 47 faiz səviyyəsində olub.

Çilinin peyk seqmentinin abunəçilərinin sayı regionda üstünlük (1,32 milyon TV abunəçi) təşkil edir. Kabel seqmentində də abunəçilərin sayı təxminən eynidir (1,3 milyon). Yerli tənzimləyici orqanın məlumatına əsasən, Çilinin peyk TV bazarının həcmi 300 min istifadəçi artıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə artım 53 min təşkil edib.

Bundan başqa, cari ilin birinci rübünün sonuna Argentinada rəqəmli televiziya servislərinə qoşulmuş 2,37 milyon ev təsərrüfatı olub. Argentinada rəqəmli TV infrastrukturu ölkə ərazisinin 82 faizini əhatə edir, yerli hökumət televiziyanın rəqəmləşməsində və dekoderlərinyayılmasında fəal roloynayır. Ölkədə rəqəmli TV-dən hələlik televiziya abunəçilərinin yalnız üçdə bir hissəsi istifadə edir.

“Digital TV Research” şirkətinin aprel proqnozuna görə, Cənubi Amerika yaxın illərdə dünyada ödənişli TV bazarının ən perspektivli bazarı olaraq qalacaq. Belə ki, 2020-ci ildə regionda belə servislərin nüfuzetmə göstəricisi 2010-cu ildəki 18,1 faizdən 94,5 faizədək artacaq. 2020-ci ilədək regionda ödənişli televiziya xidmətlərindən istifadə edən 157 milyon ev təsərrüfatının olacağı gözlənilir.

Həmçinin 2020-ci ildə Cənubi Amerikada ödənişli TV mədaxilinin 4,5 milyard dollar artacağı proqnozlaşdırılır (2013-cü illə müqayisədə 24,7 milyard dollaradək). Daha həcmli seqment peyk TV seqmenti olacaq: 2020-ci ildə mədaxil 2013-cü ildəki 14,2 milyard dollarla müqayisədə 17,6 milyard dollara çatacaq. Kabel seqmentinin4,8 milyard dollardan 6,1 milyard dollaradək artacağı proqnozlaşdırılır, - "TelecomDailywww.tdaily.ru” yazır.



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024