Tarix:02/07/14
“Windows 8” əməliyyat sisteminin irəliləyişi ilə bağlı bütün cəhdlərə baxmayaraq, bu əməliyyat sisteminin populyarlığı heç də ürəkaçan deyil. “Net Applications” analitikləri ƏS-dən istifadə haqda yeni statistika təqdim ediblər.
Qeyd edək ki, “Windows 8” sisteminin bütün sələfləri yayın başlanğıcında artım qeydə alıblar. Dünya üzrə fərdi kompüterlərin 50,55%-də quraşdırılmış “Windows 7” platforması ötən ay bazar payını 0,49% artırıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft”un “Windows XP” platformasının dəstəyini dayandırmasına baxmayaraq, iyunda bu əməliyyat sisteminin payı 0,04% artıb. ƏS-nin payı hazırda 25,31% təşkil edir. “Windows Vista” platformasında bu göstərici 2,95%-ə bərabərdir.
1993-1995-ci illərdə buraxılmış “Windows NT” əməliyyat sistemi indiyədək 0,14% fərdi kompüterdə istifadə olunur. “NT Windows 2000” sisteminin payı 0,02% artıb.
Əməliyyat sistemləri arasında rəqabətə nəzər salsaq, “Windows” əvvəlki kimi aşkar liderdir. Əməliyyat sistemləri bazarının 91.53%-nə “Microsoft” nəzarət edir.
Emil Hüseynov
Əməliyyat sistemləri bazarındakı vəziyyət araşdırılıb

Baxış sayı: 1035
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)