12px13px15px17px
Tarix:04/07/14

Dünyada lisenziyalaşdırılmamış proqram təminatından istifadə səviyyəsi artıb

“BSA” şirkəti “The Global Software Survey” adlı hesabat dərc edərək 2013-cü ildə dünyada pirat proqram təminatından istifadə səviyyəsini qiymətləndirib.

Tədqiqat zamanı 22 min İT mütəxəssisin və 2 min İT direktorun fikri öyrənilib. İT direktorların yarısı bütün proqram təminatının lisenziyalı olmasını diqqətlə izlədiyini bildirib, onların çoxu pirat məhsullardan istifadənin riskli olmasını etiraf edib. Belə ki, İT direktorların 64 faizi ehtiyat edir ki, kommersiya məlumatlarına hakerlər çıxış əldə edə bilər, daha 59 faiz məlumat itkisinə görə narahatlıq keçirir.  
2013-cü ildə ümumilikdə dünyada quraşdırılan proqram təminatının 43 faizi (2 il əvvəl 42 faiz) lazımi səviyyədə lisenziyalaşdırılmayıb və nəticədə ümumi itkilər 62,7 milyard dollar təşkil edib.
Dünyada şirkətlərin yalnız 35 faizi lisenziyalı proqram təminatından istifadə siyasətini təsdiq edən yazılı qaydalara malikdir.

Ölkələrin lisenziyalaşdırılmamış proqram təminatında istifadə göstəriciləri kəskin fərqlənir. Belə ki, ABŞ-da bu göstərici dünyada ən aşağı göstərici olmaqla 18 faiz təşkil edir. Sonrakı yerlərdə Yaponiya (19 faiz), Avstraliya (21 faiz), Almaniya və Böyük Britaniya (hərəyə 4 faiz) qərarlaşıb. “BRICS” ölkələrində bu rəqəm bir qədər yuxarıdır: Braziliya – 50 faiz, Rusiya – 62 faiz, Hindistan – 60 faiz, Çin – 74 faiz. Piratlıq səviyyəsinin yüksək olduğu ölkələr sırasına Nigeriya və Vyetnam (hərəyə 81 faiz), İndoneziya (84 faiz) Venesuela (88 faiz), Gürcüstan və Moldova (hərəyə 90 faiz) daxildir. Ən pis göstərici Zimbabvedədir (91 faiz).

Həmçinin qeyd olunur ki, noutbukların tədarük həcminin azalması və “bulud” servislərinin sayının artması tendensiyalara daha çox təsir göstərir. Bununla belə tədqiqat müəllifləri vurğulayırlar ki, 2013-cü ilin sonunda dünyada 1,7 milyard fərdi kompüter istifadədə olub ki, bu da onlara lisenziyadan kənar proqram təminatının quraşdırılmasına böyük imkanlar açır.

Bununla belə, bəzi ölkələr bu sahədə böyük uğurlar əldə edib. Belə ki, 2007-ci ildən Azərbaycanda piratlıq səviyyəsi 92 faizdən 85 faizədək, Qazaxıstanda 79 faizdən 74 faizədək azalıb, Ukrayna və Hondurasda müvafiq olaraq 83 və 74 faiz təşkil etməklə dəyişməz qalıb. Yunanıstanda isə əksinə, 58 faizdən 62 faizədək, İspaniyada 43 faizdən 54 faizədək artıb. Bundan başqa, Pakistan, Paraqvay, Nikaraqua, Əlcəzair, Tunis və Misirdə piratlıq səviyyəsi yüksəlib, - “IT Weekly.www.it-weekly.ru



Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024