Tarix:08/07/14
Hazırda bu dilin müxtəlif ölkələrdə fərqli versiyaları mövcuddur.
Məsələn, 1997-ci ildə LOGO dilinin rus versiyası – “LoqoMirı”, 2012-ci ildə isə Azərbaycan versiyası – “ALPLogo” proqramlaşdırma mühiti yaradılıb. “ALPlogo” proqramlaşdırma mühitinin Azərbaycan versiyası “İnformatika” dərsliyinin həmmüəllifləri – Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və proqramçı Cəmşid Naxçıvanski tərəfindən yaradılaraq, V-VII siniflər üçün dərslik komplektinə əlavə edilib. Naidə İsayevanın sözlərinə görə, artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir: “Nəhayət, 2014-cü ilin aprel ayında isə Azərbaycanda ilk dəfə olaraq “ALPLogo” proqramlaşdırma mühiti üzrə məktəblilər arasında müsabiqə keçirilib.
“ALPLogo” dili V-VII sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Yuxarı siniflərdə daha mürəkkəb proqramlaşdırma dillərində işləmək üçün baza rolunu oynayır. Proqramın son versiyasında həqiqi ədədlərlə, dəyişənlərlə, altproqramlarla iş imkanları nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompüterinizə yazmaq kifayətdir”. “ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda “Bağa” üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər: “Sistem hər üç dili qəbul edir.
Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun “Yardım” bölməsindən “Komandalar sistemi” bəndi seçilməlidir. Proqramı “informatik.az” saytının “Proqram təminatı” bölməsindən yükləmək olar”.
Həqiqət İSABALAYEVA
LOGO dili V-VII sinif şagirdlərində yaradıcı təfəkkür və məsələ həll etmək bacarıqlarının inkişafına böyük kömək göstərir
LOGO dili V-VII sinif şagirdlərində yaradıcı təfəkkür və məsələ həll etmək bacarıqlarının inkişafına böyük kömək göstərir. Seymur Papert, Uolli Feurzeig, Daniel Bobrov və Sintiya Solomon tərəfindən kiçik və orta yaşlı məktəblilərə proqramlaşdırmanın əsaslarını tədris etmək, öyrətmək məqsədi ilə yaradılan LOGO proqramlaşdırma dilinin tarixi 1967-ci ildən başlayır.Hazırda bu dilin müxtəlif ölkələrdə fərqli versiyaları mövcuddur.
Məsələn, 1997-ci ildə LOGO dilinin rus versiyası – “LoqoMirı”, 2012-ci ildə isə Azərbaycan versiyası – “ALPLogo” proqramlaşdırma mühiti yaradılıb. “ALPlogo” proqramlaşdırma mühitinin Azərbaycan versiyası “İnformatika” dərsliyinin həmmüəllifləri – Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və proqramçı Cəmşid Naxçıvanski tərəfindən yaradılaraq, V-VII siniflər üçün dərslik komplektinə əlavə edilib. Naidə İsayevanın sözlərinə görə, artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir: “Nəhayət, 2014-cü ilin aprel ayında isə Azərbaycanda ilk dəfə olaraq “ALPLogo” proqramlaşdırma mühiti üzrə məktəblilər arasında müsabiqə keçirilib.
“ALPLogo” dili V-VII sinif şagirdlərində ilkin proqramlaşdırma vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Yuxarı siniflərdə daha mürəkkəb proqramlaşdırma dillərində işləmək üçün baza rolunu oynayır. Proqramın son versiyasında həqiqi ədədlərlə, dəyişənlərlə, altproqramlarla iş imkanları nəzərdə tutulub. Bu proqramda işləmək üçün onu kompüterinizə yazmaq kifayətdir”. “ALPLogo” proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda “Bağa” üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər: “Sistem hər üç dili qəbul edir.
Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun “Yardım” bölməsindən “Komandalar sistemi” bəndi seçilməlidir. Proqramı “informatik.az” saytının “Proqram təminatı” bölməsindən yükləmək olar”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 3124
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)