Tarix:10/07/14
Korporasiyanın rəsmi saytının məlumatına görə, 13 yanvar 2015-ci ildə “Windows 7” əməliyyat sisteminin bütün versiyalarının (Enterprise, Home Basic, Home Premium, Ultimate və Starter) əsas dəstəklənməsi (Mainstream Support) dayandırılacaq. Bu platformaların genişləndirilmiş dəstəklənməsi (Extended Support) 14 yanvar 2020-ci ilədək davam edəcək.
Həmçinin “Microsoft” 13 yanvar 2015-ci ildə “Windows Server 2008”, “Windows Storage Server 2008” və “Windows Embedded Handheld 6.5” versiyalarının əsas dəstəklənməsini dayandıracaq. “Windows Phone 7.8” mobil versiyasının əsas dəstəklənməsinin başa çatma müddəti 9 sentyabr 2014-cü il müəyyənləşdirilib.
Qeyd edək ki, “Windows”un əsas dəstəklənməsi adətən beş il davam edir. Bu müddət ərzində “Microsoft” yenilənmələri, o cümlədən sistemin təhlükəsizliyinin artırılması ilə əlaqədar yenilənmələri pulsuz təqdim edir. Əsas dəstəklənmə başa çatdıqdan sonra sistem versiyalarının genişlənmə müddəti başlayır. Burada istifadəçilər üçün yalnız təhlükəsizlik yenilənməsi pulsuz olduğu halda digər yenilənmələr pulludur və lisenziyalı sazişlərin imzalanmasını tələb edir, - "DailyComm www.dailycomm.ru” yazır.
“Windows 7” sisteminin əsas dəstəklənməsi 2015-ci ilin əvvəlində dayandırılacaq
“Microsoft” korporasiyası bir neçə əməliyyat sisteminin, o cümlədən fərdi kompüter istifadəçiləri arasında ən populyar olan “Windows 7” əməliyyat sisteminin dəstəklənməsinin dayandırılacağı müddəti açıqlayıb.Korporasiyanın rəsmi saytının məlumatına görə, 13 yanvar 2015-ci ildə “Windows 7” əməliyyat sisteminin bütün versiyalarının (Enterprise, Home Basic, Home Premium, Ultimate və Starter) əsas dəstəklənməsi (Mainstream Support) dayandırılacaq. Bu platformaların genişləndirilmiş dəstəklənməsi (Extended Support) 14 yanvar 2020-ci ilədək davam edəcək.
Həmçinin “Microsoft” 13 yanvar 2015-ci ildə “Windows Server 2008”, “Windows Storage Server 2008” və “Windows Embedded Handheld 6.5” versiyalarının əsas dəstəklənməsini dayandıracaq. “Windows Phone 7.8” mobil versiyasının əsas dəstəklənməsinin başa çatma müddəti 9 sentyabr 2014-cü il müəyyənləşdirilib.
Qeyd edək ki, “Windows”un əsas dəstəklənməsi adətən beş il davam edir. Bu müddət ərzində “Microsoft” yenilənmələri, o cümlədən sistemin təhlükəsizliyinin artırılması ilə əlaqədar yenilənmələri pulsuz təqdim edir. Əsas dəstəklənmə başa çatdıqdan sonra sistem versiyalarının genişlənmə müddəti başlayır. Burada istifadəçilər üçün yalnız təhlükəsizlik yenilənməsi pulsuz olduğu halda digər yenilənmələr pulludur və lisenziyalı sazişlərin imzalanmasını tələb edir, - "DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)