12px13px15px17px
Tarix:23/08/11

Ən çox istifadə olunan əməliyyat sistemləri

“NPD Group” şirkəti Amerika bazarında smartfonlar üçün əməliyyat sistemlərinin payını hesablayıb. Məlum olub ki, 2011-ci ilin ikinci rübündə ABŞ-da satılmış smartfonların 52%-nə “Google Android” mobil platforması quraşdırılıb. Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl bu göstərici 33%-ə bərabər idi. İkinci yerdə “Apple iOS” qərarlaşıb ki, bu əməliyyat sisteminin payı 29% təşkil edib.

Müşahidələr göstərib ki, “RİM BlackBerry OS” platforması ilə olan qurğulara tələbat azalır: Belə ki, əgər 1 il əvvəl bu əməliyyat sistemi rüb ərzində satılmış smartfonların 28%-nə quraşdırılmışdısa, indi bu rəqəm 11%-ə bərabərdir. “NPD” şirkətinin məlumatına əsasən, “Windows Mobile” əməliyyat sisteminin payı isə cəmi 4% təşkil edib.

Qiymətləndirmələrə görə, ikinci rübdə bütün dünyada 106,5 milyon smartfon tədarük olunub ki, bu da keçənilki nəticədən 65.4% çoxdur.



Baxış sayı: 1310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024