12px13px15px17px
Tarix:15/07/14

“Microsoft” şirkəti “Office 365” sisteminin tarif planlarının qiyməti azalacaq

“Microsoft” şirkəti “SaaS” məhsulları bazarında artan rəqabətə dayanıqlığını artırmaq məqsədi ilə “Office 365” sisteminin tarif planlarının qiymətinin yenidən azalacağını anons edib.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru”  saytına istinadən verdiyi məlumata əsasən, ötən həftə “Microsoft” şirkəti “Office 365” üçün “Business Essentials”, “Business” və “Business Premium” adlı üç yeni kommersiya planı barədə məlumat verib.
 
Yeni tarif planları istifadə edilən “Office 365 Small Business”, “Small Business Premium” və “Midsize Business” tarif planlarını əvəz edəcəklər. Yeni planlar üzrə işlərə bu ilin oktyabr ayından etibarən başlayacaq.

İllik tarif planlarından istifadə edən müştərilər üçün yeni tariflər daha əlverişli ola bilər. Belə ki, “Office 365 Business”in qiyməti ayda 8,25 dollar təşkil edir, lakin o, “ProPlus”un analoqu olduğuna görə onun qiyməti   illik hesablananda faktiki olaraq 31% daha ucuzdur.

“Office 365 Business Premium” planı “Small Business Premium” və “Midsize Business”i  əvəz edə bilər. Onun qiyməti ayda 12,50 dollar təşkil edir “və ya illik 150 dollar), bu da “Office 365 Midsize Business”dən 17% daha ucuz başa gəlir.
 
Öncə olduğu kimi, yeni tarif planları “Office 365” lokal paketinin “Windows” və ya “Mac” əsasında işləyən beş kompüterdə instalyasiyanı dəstəkləyir.
 
Aynur Vəliyeva 
 



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024