Tarix:16/07/14
Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov məlumat verib. Sədrin sözlərinə görə, ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib: “Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq aparılıb.
Ümumilikdə cari ilin iyul ayınadək Bakı şəhəri üzrə 1325 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Sumqayıt şəhəri üzrə 70 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 69 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Gəncə şəhəri üzrə 684 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı təyin edilib”.
Ötən dövr ərzində ünvan lövhələrinin istehsalı və quraşdırılması işi davam etdirilib. Bakı şəhərinin 151 küçə və prospektində (5281 ədəd bina ünvan lövhəsi və 24933 ədəd giriş lövhəsi) daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb. Bakı şəhəri üzrə park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bakı şəhəri üzrə 15 ədəd küçə istiqamət nişanı quraşdırılıb.
Həqiqət İSABALAYEVA
Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlanılıb
1 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb.Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov məlumat verib. Sədrin sözlərinə görə, ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib: “Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq aparılıb.
Ümumilikdə cari ilin iyul ayınadək Bakı şəhəri üzrə 1325 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Sumqayıt şəhəri üzrə 70 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 69 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Gəncə şəhəri üzrə 684 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı təyin edilib”.
Ötən dövr ərzində ünvan lövhələrinin istehsalı və quraşdırılması işi davam etdirilib. Bakı şəhərinin 151 küçə və prospektində (5281 ədəd bina ünvan lövhəsi və 24933 ədəd giriş lövhəsi) daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb. Bakı şəhəri üzrə park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bakı şəhəri üzrə 15 ədəd küçə istiqamət nişanı quraşdırılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 978
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet