Tarix:16/07/14
P.Zensburqun fikrincə, çap maşınlarından istifadəyə qayıdış xarici xüsusi xidmət orqanları tərəfindən Almaniyanın dövlət qulluqçularının izlənməsi və yazışmalarının ələ keçirilməsi ehtimalını azaltmağa kömək edəcək.
Deputat qeyd edib ki, onun ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) Almaniyadakı fəaliyyətinin təhqiqatı ilə məşğul olan başçılıq etdiyi komitədə artıq bir mexaniki çap maşını var. Ondan mühafizəli elektron poçt və kriptotelefonla birlikdə daxili rabitə üçün istifadə etmək olar.
Parlament üzvü vurğulayıb ki, o və həmkarları əməliyyat təhlükəsizliyi ilə bağlı bütün məsələlərə ciddi yanaşmaqla yazışmaların maksimum mühafizəsini təmin etməyə çalışırlar. Onun sözlərinə görə, müxtəlif məxfi iclaslara gəldikdə, onları dinlənilməsi mümkün olmayan otaqlarda keçirmək məsləhətdir, - "NEWSru www.hitech.newsru.com” yazır.
Almaniya parlamenti çap maşınlarından istifadəyə keçmək niyyətindədir
Almaniya Bundestaqının deputatı Patrik Zensburq ölkə parlamentində rabitə əlaqəsinin bir hissəsinin kompüterlərdən çap maşınlarına keçirilməsini istisna etməyib. O, bu ideyasını Almaniyanın “Das Erste” telekanalında səsləndirib.P.Zensburqun fikrincə, çap maşınlarından istifadəyə qayıdış xarici xüsusi xidmət orqanları tərəfindən Almaniyanın dövlət qulluqçularının izlənməsi və yazışmalarının ələ keçirilməsi ehtimalını azaltmağa kömək edəcək.
Deputat qeyd edib ki, onun ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) Almaniyadakı fəaliyyətinin təhqiqatı ilə məşğul olan başçılıq etdiyi komitədə artıq bir mexaniki çap maşını var. Ondan mühafizəli elektron poçt və kriptotelefonla birlikdə daxili rabitə üçün istifadə etmək olar.
Parlament üzvü vurğulayıb ki, o və həmkarları əməliyyat təhlükəsizliyi ilə bağlı bütün məsələlərə ciddi yanaşmaqla yazışmaların maksimum mühafizəsini təmin etməyə çalışırlar. Onun sözlərinə görə, müxtəlif məxfi iclaslara gəldikdə, onları dinlənilməsi mümkün olmayan otaqlarda keçirmək məsləhətdir, - "NEWSru www.hitech.newsru.com” yazır.
Baxış sayı: 1253
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet