12px13px15px17px
Tarix:17/07/14

“Android” üçün “Dr.Web”in Azərbaycan dilində lokallaşdırılmış yenilənmiş versiyası təqdim edilib

“Doktor Veb” şirkətinin “Dr.Web” məhsulunun “Android”in 9.01.3. versiyasınadək yenilənməsi çıxıb.
 
“ICTnews” xəbər xidmətinin “www.ferra.ru” saytına istinadən  verdiyi məlumata əsasən, yenilənmə yeni funksional imkanların əlavə edilməsi və aşkar edilmiş səhvlərin aradan qaldırılması ilə bağlıdır.
 
“Dr.Web”in rəsmi saytında yüklənmək üçün açıq olan, yalnız “Android” üçün nəzərdə tutulmuş versiyalarında dəyişikliklər baş verib. Belə ki, “Dr.Web”in  AV-Desk serveri ilə birləşmə rejimində aşkar edilmiş səhvlər, o cümlədən “Dr.Web asntivirusu” xidmətinə yazılma müddəti başa çatdıqda lisenziyanın bağlanma problemi və s. nöqsanlar düzəldilib. Növbəti dəyişikliklər “Dr.Web”in “Android” üçün nəzərdə tutulmuş bütün məhsullarına aid edilib. Arzuedilməz SMS-lərin bağlanması mexanizmi təkmilləşdirilib.
 
Eyni zamanda, təhdidlərin aşkar edilməsi imkanları genişləndirilib. Hazırda məhsul “Android”in  4.4 versiyasını, həmçinin “Google Chrome Beta” və “Yandex.Baruzer”-i dəstəkləyir.
 
Virus bazalarının yenilənmə prosesi optimallaşdırılıb. “Android” üçün “Dr.Web 9.01.3”-ə   “OpenSSL”-də  “Heartbleed” boşluğunun aşkar edilməsi imkanı əlavə edilib. Məhsula yeni lokallaşmalar əlavə edilib - Azərbaycan və tay dilində. Bundan başqa, məhsulun işini qəza şəklində dayandıran səhvlər aşkar edilərək düzəldilib. “Android” üçün “Dr.Web 9.01.3” versiyasını “Google Play”də və “Doktor Veb”in saytında yükləmək olar.
 
Aynur VƏLİYEVA
 



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024