12px13px15px17px
Tarix:18/07/14

“Microsoft” şirkəti “Android”lə bağlı eksperimentini dayandırdı

"Microsoft" şirkəti  "Nokia X" xəttində  "Android" smartfonlarının tərtibatını dayandırıb. "ICTnews" xəbər xidmətinin "www.lenta.ru" saytına istinadən verdiyi məlumata əsasən, ilk smartfonlar bu ilin fevral ayında təqdim edilib. Artıq 4 ay ötdükdən sonra "Microsoft" eksperimenti dayandırmaq planları haqda bəyan edib.
 
"Yaxın zamanda biz "Windows Phone" qurğularının sayını, daha əlçatımlı "Lumia" smartfonlar seqmentini inkişaf etdirərək artırmaq niyyətindəyik. Planlaşdırılmış məhsullara əlavə olaraq biz "Lumia" smartfonlarını təqdim etmək niyyətindəyik və bunun üçün gələcək "Nokia X" smartfonlarını "Windows Phone"-a keçirəcəyik", – deyə şirkətdən bildiriblər.
 
Keçid təxirə salınmadan baş verəcək, lakin şirkət artıq buraxılmış "Nokia X" smartfonlarını satmağa və dəstəkləməyə davam edəcək, onların arasında "Nokia X", "Nokia X+", "Nokia XL" modelləri və ötən ay təqdim edilmiş "Nokia X2" də var.
 
Bu addım "Windows Phone" platformasını populyarlaşdırmaq istəyən "Microsoft" üçün məntiqli olacaq. Digər tərəfdən, şirkət sürətlə artan "Android" smartfonları bazarına çıxışını bağlayır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024