Tarix:21/07/14
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin aprel-iyun aylarında “Android” istifadəçiləri 150 milyon proqram və oyun yükləyiblər ki, bu da birinci rüblə müqayisədə 60% daha yüksəkdir. Bu halda “iPhone”, “iPad” və “iPod touch” qurğularının sahibləri “App Store” onlayn dükanından kənar proqram təminatının quraşdırılmasını 45% artırıblar.
Gəlir nöqteyi-nəzərindən vəziyyət “iOS”-un xeyrinədir: ötən rüb ərzində "alma" qurğuları üçün tətbiq bazarında pul dövriyyəsi 100 milyon dollara çatıb. “Android” üçün məhsul seqmentində tərtibatçıların gəliri 30% yüksələrək təxminən 60 milyon dollar təşkil edib.
“Gartner” analitik şirkətinin məlumatına görə, 2012-ci ildə mobil tətbiqlərin 91%-i ödənişsiz olub, 2017-ci ilədək bu göstərici 95%-ə çatacaq. Ödənişli tətbiqlərin sayının azalmasına baxmayaraq yükləmələrin sayı, əksinə, artacaq.
Emil Hüseynov
“Android” yüklənən tətbiqlərin sayına görə “iOS” platformasını qabaqlayır
“App Annie” analitik firmasının məlumatına görə, “Android” yüklənən tətbiqlərin sayına görə “iOS” platformasını ötüb. Amma mobil proqram təminatı satışlarından əldə olunan gəlir həcminə görə əvvəlki kimi “Apple” liderdir.“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin aprel-iyun aylarında “Android” istifadəçiləri 150 milyon proqram və oyun yükləyiblər ki, bu da birinci rüblə müqayisədə 60% daha yüksəkdir. Bu halda “iPhone”, “iPad” və “iPod touch” qurğularının sahibləri “App Store” onlayn dükanından kənar proqram təminatının quraşdırılmasını 45% artırıblar.
Gəlir nöqteyi-nəzərindən vəziyyət “iOS”-un xeyrinədir: ötən rüb ərzində "alma" qurğuları üçün tətbiq bazarında pul dövriyyəsi 100 milyon dollara çatıb. “Android” üçün məhsul seqmentində tərtibatçıların gəliri 30% yüksələrək təxminən 60 milyon dollar təşkil edib.
“Gartner” analitik şirkətinin məlumatına görə, 2012-ci ildə mobil tətbiqlərin 91%-i ödənişsiz olub, 2017-ci ilədək bu göstərici 95%-ə çatacaq. Ödənişli tətbiqlərin sayının azalmasına baxmayaraq yükləmələrin sayı, əksinə, artacaq.
Emil Hüseynov
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)