12px13px15px17px
Tarix:24/07/14

Yeni noutbuklara quraşdırılmış “Windows 8”-in payı 90%-dən aşağı düşüb

Noutbuklara quraşdırılan əməliyyat sistemləri arasında “Windows 8”-in  payı 90%-dən aşağı olub. Bu haqda Tayvanın komponent  tədarükçüləri arasında mənbələrə istinadən “Digitimes” resursu yazıb.
 
“Microsoft”un əməliyyat sisteminin sıxışdırılması “Google Chrome OS” və “Apple OS X” əməliyyat sistemi ilə işləyən noutbukların populyarlığının artması hesabınadır.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin maliyyə ilinin üçüncü rübü üzrə hesabatına əsasən, 4,4 milyon “Macbook” satılıb ki, bu da ötən illə müqayisədə 18% yüksəkdir.
 
“Google”un məlumatına görə, xrombuklar təhsil sahəsində və ABŞ və Böyük Britaniyanın korporasiyalarında populyardır. İlin sonunadək “Acer”, “Asustek”, “Dell”, “Hewlett-Packard”, “Lenovo”, “LG” və “Toshiba” şirkətləri daxil olmaqla istehsalçılar “Intel” prosessoru və “Chrome OS” ilə işləyən təxminən 20 noutbuk bazara tədarük etməyi planlaşdırır. “Digitimes” resursunun məlumatına görə, onların qiyməti təxminən 350 dollar olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024