12px13px15px17px
Tarix:24/08/11

Zəlzələ mobil şəbəkələrin həddən artıq yüklənməsinə səbəb olub

ABŞ-ın Virciniya ştatında 5,8 ballıq zəlzələ baş verib. Ölkənin şimal sahilində son 115 il ərzində ən güclü hesab olunan zəlzələ zamanı titrəyişlər, həmçinin Şimali Karolina, Merilend, Nyu-York, Ohayo ştatlarında, eləcə də Kolumbiya dairəsində hiss olunub.

“Cybersecurity”-nin məlumatına əsasən, Amerikanın üç əsas mobil rabitə operatorunun (Verizon, AT&T və Sprint Nextel) hər biri ilk yeraltı təkanlarla eyni zamanda şəbəkələrinin həddən artıq yüklənməsi haqqında məlumat verib.

Zənglərin sayı adi vəziyyətdə olduğundan 5-7 dəfə çoxalıb. Bəzi regionlarda abunəçilər xəttə birləşmənin baş tutması üçün nömrəni bir neçə dəfə yığmaq məcburiyyətində qalıb.

Şirkətlərdə bildirirlər ki, təbii fəlakət zamanı infrastruktur dağıntıları qeydə alınmayıb, şəbəkələrin texniki parametrləri qaydasındadır və yığılmada çətinliklər şəbəkələrin həddən artıq yüklənməsinin nəticəsidir.

Zəlzələdən dərhal sonra “Twitter” və “Facebook” sosial şəbəkələrində problemlər və bəzi dağıntılar haqqında yazılar görünməyə başlayıb.

“Facebook”un statistik məlumatlarına əsasən “zəlzələ” sözü üç milyon ABŞ istifadəçisinin yazısında qeydə alınıb. “Twitter” istifadəçiləri isə bir saat ərzində baş vermiş olay haqqında 40 mindən artıq ismarıc göndəriblər.


www.mincom.gov.az



Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024