12px13px15px17px
Tarix:24/08/11

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin və 1 nömrəli cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən 1980-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əliyev Allahverdi Məhəmməd oğlunun yanına görüşə gəlmiş qardaşı Əliyev Ərrəhmanın gətirdiyi sovqata baxış keçirilən zaman tortun yerləşdirildiyi dairəvi formalı kartonun üzərində kəsilərək hazırlanmış gizli saxlanc yerində 3 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd üzərində korpusu olmayan elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.



Baxış sayı: 1179

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024