12px13px15px17px
Tarix:05/08/14

Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzi bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzi (MK – İRM) kitablar daxil olmaqla bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır.
 
Bunun üçün məlumatların toplanıb saxlanılması, axtarış sistemləri və məlumatların ötürülmə qaydalarının qabaqcıl olması ilə yanaşı, kitabxana – informasiya və internet istifadəçisinin “görüb oxuya bildiyi” də vahid formatda olmalıdır.
 
Bu fikir Rusiya Dövlət Kitabxanasının (RDK) baş direktoru Aleksandr Vislıy ilə ilk görüşdə səsləndirilib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin (MK – ­­­­­­­­­­­İRM) nümayəndə heyəti Moskva şəhərində Rusiya Dövlət Kitabxanası (RDK), Rusiya Elmlər Akademiyasının Təbii Elmlər Kitabxanası və Sankt-Peterburq şəhərində Yeltsin adına Prezident Kitabxanasına ezam olunub.
 
Bu barədə məlumat verən AMEA Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzindən bildirilib ki, görüşdə A.Vislıy Bişkek şəhərində keçirilməsi planlaşdırılan qurultayda RDK-nın təşəbbüsü ilə Avrasiya Elektron Kitabxanasının yaradılması layihəsindən danışıb. Onun sözlərinə görə, layihə assosiasiyanın üzvü olan kitabxanaların bütün elektron resurslarına pulsuz giriş imkanları yaradacaq. Bu da öz növbəsində hər bir kitabxana fondunun zənginləşməsinə səbəb olacaq.
 
 
Həmçinin 8 gün davam etmiş səfər müddətində Azərbaycan nümayəndə heyəti milli rəqəmsal yaddaş, vahid informasiya idarəetmə sistemi layihələrinin qurulması məqsədilə müxtəlif formatlarda təşkil olunmuş görüşlər çərçivəsində kitabxanaların idarəetmə, oxucu, təşkilatçı, proqramçı və İT mütəxəssisləri səviyyəsində işi ilə tanış olub, fikir mübadiləsi edib, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində mütəxəssislər ilə kompüter texnologiyaları, kataloqlaşdırmaya dair bir sıra məsləhətləşmələr aparılıb. Səfər yeni kitabxananın universal əlaqələndirilmiş kitabxana – informasiya məkanında fəaliyyətinə dair məqsədyönlü qərarlar verməsi, eyni zamanda dünya informasiya məkanına inteqrasiyası üçün biliklərin artırılması baxımından əhəmiyyətli hesab olunur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024