12px13px15px17px
Tarix:06/08/14

“Microsoft” şirkəti “Surface Pro 3”-ün qiymətini tələbələr üçün 150 dollar azaldıb

"Microsoft" şirkəti ABŞ-da tələbələrə "Surface Pro 3" planşetinə 150 dollar məbləğində endirim təklif edib. Bu haqda "Microsoft"un saytında yazılıb.
 
Bu ilin mayında nümayiş etdirilmiş "Surface Pro 3" klassik planşet kimi deyil, noutbuka əvəzetmə kimi təqdim olunur. Qurğu 2160x1440 nöqtə təsvir ölçülü 12 düymlük diaqonallı ekranla təchiz olunub.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ABŞ-da "Surface Pro 3" planşetinin ilkin qiyməti konfiqurasiyadan asılı olaraq 799-1949 dollar təşkil edir. Amma sentyabrın 3-dək ABŞ-da tələbələr bu qurğunu 150 dollar endirimlə satın ala bilərlər. Belə ki, 64 QB-lıq daxili yaddaş və "Intel Core i3" prosessoru ilə təchiz edilmiş qurğu 650 dollara başa gələcək.
 
Tələbə və universitet əməkdaşları xüsusi təklifdən istifadə etmək üçün "Microsoft"un internet mağazası vasitəsilə öz statusunu təhsil müəssisələri üçün yoxlamalıdır.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024