12px13px15px17px
Tarix:08/08/14

“Windows Phone” platforması üçün 300 min tətbiq yaradılıb

“Microsoft”un rəsmi veb-saytında statistik göstəricilərə həsr edilmiş səhifə yenilənib. “Windows Phone Store” mağazasında tətbiqlərin sayı 300 minə çatıb. Kataloqda yerləşdirilmiş bütün proqram təminatı “Windows Phone” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonlar üçün nəzərdə tutulub.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows Phone Store” portalı hələ 2013-cü ilin sonunda 200 min proqram və oyun həddini ötüb. “Microsoft”un mobil platforması üçün 100 min rəsmi tətbiqin hazırlanmasına təxminən 18 ay vaxt gedib. “Apple App Store” mağazasında buna 16 ay, “Google Play Store”da isə bir il yarım vaxt sərf olunub.
 
“Microsoft”dan bildirilib ki, son ildə “Windows Phone Store” kataloqunun həcmi 94%, aktiv tərtibatçıların sayı 50% artıb. “Windows Phone”ın mövcudluğu ərzində istifadəçilər bu ƏS üçün 4 milyarddan çox proqram və oyun yükləyiblər.
 
“Strategy Analytics” tədqiqat firmasının məlumatına görə, 2014-cü ilin ikinci rübündə qlobal smartfon bazarında “Windows Phone” platformasının bazar payı 3,8%-dən 2.7%-dək azalıb.
 
Emil Hüseynov




Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024