Tarix:08/08/14
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 2016-cı il yanvarın 12-dən aşağıdakı əməliyyat sistemi və brauzer kombinasiyalarının dəstəklənməsi dayandırılacaq: “Windows Vista SP2” və “Internet Explorer 9”, “Windows Server 2008 SP2” və “IE 9”, “Windows 7 SP1” və “IE 11”, “Windows Server 2008 R2 SP1” və “IE 11”, “Windows 8.1” və “IE 11”, “Windows Server 2012” və “IE 10”, “Windows Server 2012 R2” və “IE 11”.
Bu tarixdən etibarən “Microsoft” şirkəti “IE” brauzerinin sonuncudan başqa bütün versiyalarının dəstəyini dayandıracaq. "Məsələn, Windows 7 SP1 əməliyyat sistemində Internet Explorer 8, Internet Explorer 9 və ya Internet Explorer 10 brauzerindən istifadə edən müştərilər təhlükəsizlik və texniki dəstək yeniləmələri almaq üçün Internet Explorer 11 brauzerinə keçməlidirlər" – şirkətdən bildirilib.
“Net Applications” tədqiqat şirkətinin statistikasına görə, hazırda “IE 8” brauzeri dünyadakı kompüterlərin 21.58%-nə quraşdırılıb. 9,06% istifadəçi “IE9”, 6.26% “IE 10”, 16,78%-i isə “IE 11” brauzerindən istifadə edəcək.
Emil Hüseynov
2016-cı ildə “Internet Explorer” brauzerinin köhnə versiyalarından imtina olunacaq
“Microsoft” növbəti ilin əvvəlindən “Internet Explorer” (IE) brauzerinin köhnə versiyaları üçün texniki dəstəyin və təhlükəsizlik yeniləmələrinin göndərilməsini dayandırmaq niyyətini elan edib. Şirkət istifadəçiləri yeni proqram təminatına keçməyə səsləyib.“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 2016-cı il yanvarın 12-dən aşağıdakı əməliyyat sistemi və brauzer kombinasiyalarının dəstəklənməsi dayandırılacaq: “Windows Vista SP2” və “Internet Explorer 9”, “Windows Server 2008 SP2” və “IE 9”, “Windows 7 SP1” və “IE 11”, “Windows Server 2008 R2 SP1” və “IE 11”, “Windows 8.1” və “IE 11”, “Windows Server 2012” və “IE 10”, “Windows Server 2012 R2” və “IE 11”.
Bu tarixdən etibarən “Microsoft” şirkəti “IE” brauzerinin sonuncudan başqa bütün versiyalarının dəstəyini dayandıracaq. "Məsələn, Windows 7 SP1 əməliyyat sistemində Internet Explorer 8, Internet Explorer 9 və ya Internet Explorer 10 brauzerindən istifadə edən müştərilər təhlükəsizlik və texniki dəstək yeniləmələri almaq üçün Internet Explorer 11 brauzerinə keçməlidirlər" – şirkətdən bildirilib.
“Net Applications” tədqiqat şirkətinin statistikasına görə, hazırda “IE 8” brauzeri dünyadakı kompüterlərin 21.58%-nə quraşdırılıb. 9,06% istifadəçi “IE9”, 6.26% “IE 10”, 16,78%-i isə “IE 11” brauzerindən istifadə edəcək.
Emil Hüseynov
Baxış sayı: 739
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)