Tarix:13/08/14
“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Stiven Kleynhans xatırladır ki, “Windows XP” sisteminin dəstəyi 2014-cü ilin aprelində dayandırılıb. Hərçənd bu haqda hələ 2007-ci ildən məlum idi, bir çox təşkilat və müəssisələr kompüterlərini vaxtında yeniləyə bilməyiblər, nəticədə indi tələsik öz sistemlərinin təhlükəsizlik məsələlərini həll etməyə çalışırlar və bunun üçün vəsaitə ehtiyac var.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows 7” ilə eyni aqibəti yaşamamaq üçün, Kleynhans şirkətlərə artıq indidən ƏS-i dəyişmələrini planlaşdırmağı tövsiyə edir.
“Net Applications” analitiklərinin məlumatına görə, 2014-cü il iyulun sonunda masaüstü və noutbuklar üçün qlobal bazarda “Windows XP” platformasının payı 24,82 faiz təşkil edib. “Windows 7” sistemi fərdi kompüterlərin 51,2 faizinə quraşdırılıb, “Windows 8”də (8.1 versiyası ilə birgə) bu göstərici 12,48 faizidir.
Emil Hüseynov
Şirkətlər artıq “Windows 7” əməliyyat sistemindən imtina haqda düşünməlidirlər
“Microsoft” şirkəti 6 il sonra “Windows 7” əməliyyat sisteminin (ƏS) dəstəyini dayandıracaq. Amma analitiklər şirkətlərə artıq indidən bu ƏS-dən uzaqlaşmağı tövsiyə edirlər.“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Stiven Kleynhans xatırladır ki, “Windows XP” sisteminin dəstəyi 2014-cü ilin aprelində dayandırılıb. Hərçənd bu haqda hələ 2007-ci ildən məlum idi, bir çox təşkilat və müəssisələr kompüterlərini vaxtında yeniləyə bilməyiblər, nəticədə indi tələsik öz sistemlərinin təhlükəsizlik məsələlərini həll etməyə çalışırlar və bunun üçün vəsaitə ehtiyac var.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows 7” ilə eyni aqibəti yaşamamaq üçün, Kleynhans şirkətlərə artıq indidən ƏS-i dəyişmələrini planlaşdırmağı tövsiyə edir.
“Net Applications” analitiklərinin məlumatına görə, 2014-cü il iyulun sonunda masaüstü və noutbuklar üçün qlobal bazarda “Windows XP” platformasının payı 24,82 faiz təşkil edib. “Windows 7” sistemi fərdi kompüterlərin 51,2 faizinə quraşdırılıb, “Windows 8”də (8.1 versiyası ilə birgə) bu göstərici 12,48 faizidir.
Emil Hüseynov
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)