“Microsoft” boşluqları aradan qaldıraraq Azərbaycan manatını tanıdı
“Microsoft” şirkəti proqram təminatlarında boşluqları aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, korporasiya “Windows”, “Internet Explorer”, “Office”, “SQL Server”, “SharePoint Server” və “.NET Framework”də 37 boşluğu aradan qaldıran təhlükəsizlik üzrə 9 bulleten buraxıb. İki bülleten zəiflik səviyyəsinə görə “kritik” xarakter daşıyır, qalan 7-si “əhəmiyyətli” zəiflik səviyyəsi xarakteri daşıyır.
Ləğv edilən boşluqların əksəriyyəti (26-sı) “Internet Explorer”yə aiddir. Veb-brauzerdə aşkar edilmiş boşluqların hamısı kritik olub.
Yenilənmə “Internet Explorer”nin bütün versiyalarına aiddir. Bundan başqa, “Microsoft” şirkəti sistemdə üstünlükləri artırmağa imkan verən “SQL Server”, “SharePoint Server” və “OneNote” kritik boşluqları da aradan qaldırıb.
Təhlükəsizlik bülletenləri ilə yanaşı “Microsoft” şirkəti “Windows 8.1” (KB 2975719) funksional yenilənmə paketini də təqdim edib. Yenilənmə kompüterin sazlanma imkanlarını, “mouse” la taçpadın işini genişləndirir.
Qeyd edək ki, yenilənmə tətbiq edildikdən sonra sistem əlavə təhlükəsizlik üçün “Internet Explorer”də bütün köhnəlmiş “ActiveX” plaqinləri bağlamağa başlayacaq.
Aynur Vəliyeva
Baxış sayı: 1238
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)