12px13px15px17px
Tarix:23/08/14

Smartfon sahiblərinin üçdə iki hissəsi əlavələr yükləmir

ABŞ-da əksər smartfon sahibləri yeni əlavələr yükləməyi dayandırıb. Bu barədə “comScore” şirkətinin analitik hesabatında deyilir.
 
Şirkətin iyunun sonuna olan məlumatına görə, ABŞ-da smartfon sahiblərinin üçdə iki hissəsi ümumiyyətlə yeni əlavələr yükləmir. Smartfon istifadəçilərinin təxminən 8,4 hissəsi ayda cəmi bir əlavə, 8,9 faizi ayda iki proqram yükləyir. Amerikalıların yalnız 2,4 faizi smartfonlara hər ay səkkiz yeni proqram yükləyir.
 
ABŞ-da istifadəçilərin mobil proqramlara marağının az olmasına baxmayaraq, smartfon sahiblərinin 88 faizi bildirib ki, media kontentdən mobil brauzerlərdən deyil, əlavələrdən istifadəyə üstünlük verir. Planşet sahibləri arasında bu göstərici 82 faiz təşkil edib.
 
Bundan başqa, mobil əlavələrdən istifadə ötən ilə nisbətən 52 faiz artıb, mobil brauzerlərdə media kontentindən səkkiz dəqiqə istifadənin yeddi dəqiqəsi məhz xüsusiləşmiş proqramların payına düşür. Smartfon istifadəçiləri əlavələrdə vaxtın dörddə bir hissəsini sosial şəbəkələrə sərf edir, 16 faiz oyunların oynanılmasına, 8 faiz radio dinlənilməsinə ayrılır.
 
Belə statistika istifadəçiləri artıq özünə cəlb edən əlavələr bazarının liderlərinin marağına cavab verir. Analitiklər qeyd edirlər ki, smartfon sahiblərinin 57 faizi hər gün əlavələrdən istifadə etməklə smartfonla keçirdiyi vaxtın 42 faizini sevimli əlavəsinə həsr edir. 
 
“comScore”un hesabatında vurğulanır ki, ABŞ-da aktiv istifadə və yüklənən əlavə “Facebook” olaraq qalır. Ondan sonrakı yerdə “YouTube” və “Google Play” əlavələri qərarlaşıb. Lider əlavələr onluğunda beş pilləni “Google”un servisləri, o cümlədən axtarış, xəritələr və “Gmail” tutur.
 
Tədqiqat iştirakçıları arasında 83,8 milyon “Android” sistemli smartfon və 67,4 milyon “iPhone” sahibi olub. Lakin ABŞ-da “iPhone” sahibləri “Android” sistemli smartfon sahiblərindən həm gənc, həm də varlıdır. “iPhone” sahiblərinin 43 faizindən çoxu 18-34 yaş kateqoriyasına aiddir və orta illik gəliri 85 min dollar təşkil edir.  
 
Bu yaş kateqoriyasında “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahiblərinin payı 39 faizə, orta illik gəliri 61 min dollara bərabərdir. Bundan başqa, “iPhone” sahibləri ayda əlavələrə “Android” sistemli smartfon sahiblərinə nisbətən doqquz saat daha çox vaxt sərf edir, - “Lenta” www.lenta.ru yazır.



Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024