Tarix:26/08/14
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Los-Ancelesdə yerləşən Kaliforniya universitetinin əməkdaşları rəqəmli kommunikasiya vasitələrindən sürəkli istifadənin həmsöhbətin emosiyalarını anlamaq qabiliyyətinə mənfi təsiri haqda fərziyyəni yoxlamaq qərarına gəliblər. Buna görə məktəbliləri iki qrupa ayırıblar. 51 məktəblidən ibarət birinci qrup yay elmi düşərgəsində beş gün qalıb, ikinci qrup (54 məktəbli) isə evdə yaşayıb: onlar növbəti ay düşərgəyə getməli idilər. Düşərgənin qaydalarına görə, iştirakçılara elektron qurğulardan istifadə qadağan edilib.
Düşərgəyə getməzdən əvvəl və sonra hər iki qrup altıncı sinif şagirdlərinə şən, kədərli, acıqlı və qorxmuş sifətli 48 şəkil göstərilib. Sonra uşaqlardan bu emosiyaları ifadə etmək xahiş edilib. Düşərgəyə gəlməzdən əvvəl keçirilmiş birinci sınaq tapşırıqlarında bütün iştirakçılar orta hesabla 14 səhvə yol veriblər. İkinci sınaq zamanı (elektron cihazlardan imtina) iştirakçılar arasında bu göstərici azalaraq doqquz olub. Məktəblilər deyiblər ki, onlar gündəlik orta hesabla dörd saat yarım SMS mesaj yazır, televizor izləyir və videooyun oynayırlar.
"Şəxsi ünsiyyət lazımdır. İnsanlarla ünsiyyət azlığı mühüm sosial bacarıqların itməsi ilə nəticələnir" – tədqiqatın aparıcı müəllifi Yalda Uls bildirib.
Emil Hüseynov
Elektron cihazlardan imtina kommunativ bacarıqları xeyli yaxşılaşdırıb
ABŞ psixoloqlarının araşdırmasına əsasən, beş günü smartfonsuz keçirən altıncı sinif şagirdləri öz həmsöhbətlərinin emosional əhval-ruhiyyəsini daha yaxşı anlamağa başlayıblar. Bu tədqiqat “Computers in Human Behavior” jurnalının internet versiyasında dərc edilib.“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Los-Ancelesdə yerləşən Kaliforniya universitetinin əməkdaşları rəqəmli kommunikasiya vasitələrindən sürəkli istifadənin həmsöhbətin emosiyalarını anlamaq qabiliyyətinə mənfi təsiri haqda fərziyyəni yoxlamaq qərarına gəliblər. Buna görə məktəbliləri iki qrupa ayırıblar. 51 məktəblidən ibarət birinci qrup yay elmi düşərgəsində beş gün qalıb, ikinci qrup (54 məktəbli) isə evdə yaşayıb: onlar növbəti ay düşərgəyə getməli idilər. Düşərgənin qaydalarına görə, iştirakçılara elektron qurğulardan istifadə qadağan edilib.
Düşərgəyə getməzdən əvvəl və sonra hər iki qrup altıncı sinif şagirdlərinə şən, kədərli, acıqlı və qorxmuş sifətli 48 şəkil göstərilib. Sonra uşaqlardan bu emosiyaları ifadə etmək xahiş edilib. Düşərgəyə gəlməzdən əvvəl keçirilmiş birinci sınaq tapşırıqlarında bütün iştirakçılar orta hesabla 14 səhvə yol veriblər. İkinci sınaq zamanı (elektron cihazlardan imtina) iştirakçılar arasında bu göstərici azalaraq doqquz olub. Məktəblilər deyiblər ki, onlar gündəlik orta hesabla dörd saat yarım SMS mesaj yazır, televizor izləyir və videooyun oynayırlar.
"Şəxsi ünsiyyət lazımdır. İnsanlarla ünsiyyət azlığı mühüm sosial bacarıqların itməsi ilə nəticələnir" – tədqiqatın aparıcı müəllifi Yalda Uls bildirib.
Emil Hüseynov
Baxış sayı: 457
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı