Tarix:28/08/14
Söhbət kosmik buraxılış sistemindən (Space Launch System) gedir. Bu, mühəndislərin qənaətinə görə, kosmonavt və yükləri kosmosa çatdıracaq yeni nəsil raketdir. Bura asteroidlərə ekspedisiyalar da daxildir. Bundan başqa, məhz bu raket Marsa ilk ekspedisiya üçün nəqliyyat vasitəsi olacaq.
“Bu, çox iddialı proqramdır”, - “NASA” direktorunun köməkçisi Robert Laytfut deyib. O qeyd edib ki, layihənin texniki və proqram hissəsi uğurla təhlil olunub.
“Bu, “NASA”-nın istənilən proqramı və layihəsi üçün vacib məsələdir”, - o vurğulayıb.
R.Laytfut onu da əlavə edib ki, konkret missiya üçün raket deyil, bir sıra raket modellərinin yaradılması planlaşdırılır.
Öz növbəsində “NASA” rəhbərinin digər köməkçisi, tədqiqat və əməliyyatlara məsul Uilyam Qerstenmayer xatırladıb ki, layihə üzərində iş artıq üç ildir davam edir. Hazırda mühəndis və mütəxəssislər bilavasitə raketin yaradılmasına başlayırlar. U.Qerstenmayer deyib ki, raket mühərrikinin, eləcə də onu Yer atmosferindən kənara çıxaracaq pillələrin sınağı oktyabr-noyabrda keçiriləcək.
Yeni raketin iki – kiçik yükləmə (77 ton) və böyük yükləmə (143) tipinin yaradılması nəzərdə tutulur. Kiçik raketin yaradılmasının dəyərinin qiymətləndirilməsi 7 milyard dollar təşkil edir.
Bununla yanaşı, “NASA” nümayəndələri yeni raketin dəqiq buraxılma tarixini açıqlamayıblar. Agentlik təmsilçiləri qeyd ediblər ki, qarşıda görüləsi çətin işlər var və nəticədə real və etibarlı aparatın ərsəyə gəlməsi gözlənilir. Odur ki, hazırda dəqiq vaxt barədə danışmaq düzgün olmaz, - “İTAR-TASS www.itar-tass.com” yazır.
“NASA” Marsa kosmonavt göndərəcək
Kosmonavtları asteroidlərə və Mars planetinə çatdıracaq prinsipcə yeni raketin yaradılması prosesində böyük irəliləyişə nail olunub. Bu barədə ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi nümayəndələri bildirib.Söhbət kosmik buraxılış sistemindən (Space Launch System) gedir. Bu, mühəndislərin qənaətinə görə, kosmonavt və yükləri kosmosa çatdıracaq yeni nəsil raketdir. Bura asteroidlərə ekspedisiyalar da daxildir. Bundan başqa, məhz bu raket Marsa ilk ekspedisiya üçün nəqliyyat vasitəsi olacaq.
“Bu, çox iddialı proqramdır”, - “NASA” direktorunun köməkçisi Robert Laytfut deyib. O qeyd edib ki, layihənin texniki və proqram hissəsi uğurla təhlil olunub.
“Bu, “NASA”-nın istənilən proqramı və layihəsi üçün vacib məsələdir”, - o vurğulayıb.
R.Laytfut onu da əlavə edib ki, konkret missiya üçün raket deyil, bir sıra raket modellərinin yaradılması planlaşdırılır.
Öz növbəsində “NASA” rəhbərinin digər köməkçisi, tədqiqat və əməliyyatlara məsul Uilyam Qerstenmayer xatırladıb ki, layihə üzərində iş artıq üç ildir davam edir. Hazırda mühəndis və mütəxəssislər bilavasitə raketin yaradılmasına başlayırlar. U.Qerstenmayer deyib ki, raket mühərrikinin, eləcə də onu Yer atmosferindən kənara çıxaracaq pillələrin sınağı oktyabr-noyabrda keçiriləcək.
Yeni raketin iki – kiçik yükləmə (77 ton) və böyük yükləmə (143) tipinin yaradılması nəzərdə tutulur. Kiçik raketin yaradılmasının dəyərinin qiymətləndirilməsi 7 milyard dollar təşkil edir.
Bununla yanaşı, “NASA” nümayəndələri yeni raketin dəqiq buraxılma tarixini açıqlamayıblar. Agentlik təmsilçiləri qeyd ediblər ki, qarşıda görüləsi çətin işlər var və nəticədə real və etibarlı aparatın ərsəyə gəlməsi gözlənilir. Odur ki, hazırda dəqiq vaxt barədə danışmaq düzgün olmaz, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Baxış sayı: 832
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet