Tarix:02/09/14
160 milyondan çox istifadəçinin aktivliyini araşdıran “Net Applications” analitik şirkətinin hesablamasına əsasən, 2014-cü ilin avqustunda “Windows 8.1” platforması dünyadakı fərdi kompüterlərin (FK) 7.09 faizinə quraşdırılıb. “Windows 8” sistemi öz payını 6,28 faizədək artırıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, masaüstü proqram platformaları bazarının 51,21 faizinə nəzarət edən “Windows 7” sistemi əvvəlki kimi liderdir. İyul ayı ilə müqayisədə sözügedən sistemin göstəricisi, demək olar ki, dəyişməyib.
“Microsoft” üçün köhnə “Windows XP” ƏS-i əsas problem olaraq qalır, bu platformanın dəstəyi bir neçə ay əvvəl dayandırılıb. Buna baxmayaraq, “Windows XP” dünyadakı FK-lərin 23.89 faizinə quraşdırılıb. 2014-cü ilin iyulunda bu göstərici 0,93 faiz daha çox olub.
Alternativ əməliyyat sistemlərinə gəlincə, avqustda 4.29 faiz bazar payı yığmış “Mac OS X 10.9” liderdir. “Linux” sisteminin payı yalnız 1.67 faizdir.
Emil Hüseynov
“Windows 7” dünyanın ən populyar əməliyyat sistemidir
“Windows 8” platformasının əməliyyat sistemləri (ƏS) bazarında payı artır.160 milyondan çox istifadəçinin aktivliyini araşdıran “Net Applications” analitik şirkətinin hesablamasına əsasən, 2014-cü ilin avqustunda “Windows 8.1” platforması dünyadakı fərdi kompüterlərin (FK) 7.09 faizinə quraşdırılıb. “Windows 8” sistemi öz payını 6,28 faizədək artırıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, masaüstü proqram platformaları bazarının 51,21 faizinə nəzarət edən “Windows 7” sistemi əvvəlki kimi liderdir. İyul ayı ilə müqayisədə sözügedən sistemin göstəricisi, demək olar ki, dəyişməyib.
“Microsoft” üçün köhnə “Windows XP” ƏS-i əsas problem olaraq qalır, bu platformanın dəstəyi bir neçə ay əvvəl dayandırılıb. Buna baxmayaraq, “Windows XP” dünyadakı FK-lərin 23.89 faizinə quraşdırılıb. 2014-cü ilin iyulunda bu göstərici 0,93 faiz daha çox olub.
Alternativ əməliyyat sistemlərinə gəlincə, avqustda 4.29 faiz bazar payı yığmış “Mac OS X 10.9” liderdir. “Linux” sisteminin payı yalnız 1.67 faizdir.
Emil Hüseynov
Baxış sayı: 941
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)