12px13px15px17px
Tarix:04/09/14

RYTN-in təşkilatçılığı ilə Nəsrəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 10-da saat 1100-da ensiklopedik alim Nəsrəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar Riyaziyyat və Mexanika İnstitutu, Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universiteti dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək.
 
“Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda təşkil olunan tədbirin təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
 
Konfransda dünyanın müxtəlif ölkələrindən - İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. alimlər iştirak edəcək.
 
AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Röya Qarabağlının sözlərinə görə, tədbir (Ünvan:  Bakı şəhəri, İstiqlaliyyət küç., 30, Rəyasət Heyətinin binası, Böyük zal.) iki gün davam edəcək:
 
 “Konfransın bölmə iclasları Azərbaycan Universiteti və Şamaxıda Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcək. KİV beynəlxalq konfransa dəvət olunur”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024