12px13px15px17px
Tarix:05/09/14

Yeni nəsil “iPhone” smartfonlarının qiyməti bəlli oldu

Honkonqdakı mənbələrin iddiasına görə, yeni "iPhone" smartfonunun qiyməti 860-1250 dollar civarında olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, bu, bir qədər əvvəl də, yeni nəsil smartfonun "iPhone 5s" ilə müqayisədə daha baha olacağı qeyd edilirdi.
 
"TK Tech News" resursu yazır ki, Honkonqda "Apple iPhone 6" smartfonunun qiyməti 6663-9687 Honkonq dolları təşkil edəcək. Nəşr təsdiqləyir ki, yeni nəsil smartfonu iki diaqonal üzrə buraxılacaq.
 
4,7 düymlük diaqonala malik ekranla təchiz edilmiş "iPhone" smartfonunun qiyməti 16, 32 və 64 QB yaddaşlıq modellər üçün müvafiq olaraq 6663 (860$), 7671 (990$) və 8679 (1120$) Honkonq dolları təşkil edəcək.
 
5.5 düymlük diaqonallı planşetofonun qiyməti yaddaşın həcmindən asılı olaraq müvafiq olaraq 7923 (1020$), 8931 (1150$) və 9687 (1250$) Honkonq dolları təşkil edəcək.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024