Tarix:25/08/11
“Linux” əməliyyat sisteminin 20 illik yolunu qiymətləndirmək üçün, “Business İnsider” portalı “Linux Foundation” tərəfindən təqdim edilən və platformanın uğurlarını əks etdirən məlumatları dərc edib.
“Linux Foundation”un məlumatlarına əsasən, 1992-ci ildən 2010-cu ilə qədər “Linux” nüvəsindən istifadə edən istehsalçıların sayı 10 dəfə artıb.
Bundan başqa, yaranma anından bəri “Linux” nüvəsi proqram kodunun həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, əgər 1995-ci ildə kod 250 min sətirdən ibarət idisə, 2010-cu ildə kod 14 milyona qədər artıb.
Platforma öz mövqeyini müxtəlif sahələrdə, xüsusilə superkompyuter seqmentində əhəmiyyətli dərəcədə gücləndirib: 2011-ci ilin məlumatlarına əsasən 500 aparıcı superkompyuterdən 413-ü “Linux” əməliyyat sistemi ilə işləyir.
“Linux” əməliyyat sistemi fərdi kompyuter sektorunda da öz mövqeyini yavaş-yavaş gücləndirir. Belə ki, əgər dünyada 1994-cü ildə “Linux” əsasında 37 milyon fərdi kompyuter tədarük edilmişdisə, 2010-cu ildə isə onların sayı 351 milyona çatıb. Mobil telefonlarda da, həmçinin “Linux” əməliyyat sistemindən istifadə artıb.
2010-cu ildə bu əməliyyat sistemi əsasında işləyən 4,6 milyard mobil telefon satılıb. Müqayisə üçün bildirək ki, 1997-ci ildə bu göstərici cəmi 100 milyon təşkil edib.
“Linux” əməliyyat sisteminin 20 illik uğurları
“Linux” əməliyyat sistemi 2011-ci ildə öz yubileyini qeyd edir. Düz 20 il əvvəl, 1991-ci il avqust ayının 25-də Linus Torvalds yeni əməliyyat sistemi yaratdığını dünyaya elan edib.“Linux” əməliyyat sisteminin 20 illik yolunu qiymətləndirmək üçün, “Business İnsider” portalı “Linux Foundation” tərəfindən təqdim edilən və platformanın uğurlarını əks etdirən məlumatları dərc edib.
“Linux Foundation”un məlumatlarına əsasən, 1992-ci ildən 2010-cu ilə qədər “Linux” nüvəsindən istifadə edən istehsalçıların sayı 10 dəfə artıb.
Bundan başqa, yaranma anından bəri “Linux” nüvəsi proqram kodunun həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, əgər 1995-ci ildə kod 250 min sətirdən ibarət idisə, 2010-cu ildə kod 14 milyona qədər artıb.
Platforma öz mövqeyini müxtəlif sahələrdə, xüsusilə superkompyuter seqmentində əhəmiyyətli dərəcədə gücləndirib: 2011-ci ilin məlumatlarına əsasən 500 aparıcı superkompyuterdən 413-ü “Linux” əməliyyat sistemi ilə işləyir.
“Linux” əməliyyat sistemi fərdi kompyuter sektorunda da öz mövqeyini yavaş-yavaş gücləndirir. Belə ki, əgər dünyada 1994-cü ildə “Linux” əsasında 37 milyon fərdi kompyuter tədarük edilmişdisə, 2010-cu ildə isə onların sayı 351 milyona çatıb. Mobil telefonlarda da, həmçinin “Linux” əməliyyat sistemindən istifadə artıb.
2010-cu ildə bu əməliyyat sistemi əsasında işləyən 4,6 milyard mobil telefon satılıb. Müqayisə üçün bildirək ki, 1997-ci ildə bu göstərici cəmi 100 milyon təşkil edib.
Baxış sayı: 2078
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)